Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri.
Haqqında
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2] Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.[3]