Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi.
Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranınXoy şəhərindəndir. İkinci Dünya müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir.[1]
Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır.
Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur. Balaca qardaşı Nazim Axundov tanınmış həkim idi.