Kamal Abdullayev (dövlət xadimi)

Kamal Abdullayev
1975 – ?
1965 – 1975
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1922(1922-03-08)
Doğum yeri
Vəfat tarixi 17 iyun 1982(1982-06-17) (60 yaşında)
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ RayonYevlax Şəhər Komitəsinin birinci katibi.

Həyatı

1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir.

Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür.

Azərbaycan KP MK üzvlüyünə namizəddir.

Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qobustan seçki dairəsi).

Mənbə

  • Камал Мамедович Абдуллајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 16.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!