Hesabın əsas əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan, kiçik portativ, adətən ucuz elektron cihazdır. Müasir kalkulyatorlar çox kompyuterlərdən daha portativ dirlər lakin PDAların çoxunun ölçüsün əl kalkulyatorlar ilə müqayisə etmək olar.
Stolüstü kalkulyator
1964-cü ildə Sharp şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilmişdir.
Etimologiya
Calculator latın sözü «hesabdar» sözündən, o isə calculo «sayıram» feildən yaranıb. O isə öz növbəsində calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi).
Tarixi
1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın (Charles Xavier Thomas de Colmar) yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmışdır.[1]
İstinadlar
↑Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
Mexaniki kalkulyator - Mexaniki kalkulyatorlar, fotolar, ehtiyatlar və təlimatlar toplusu