Kadifekale

Kadifekale
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 38°24′50″ şm. e. 27°08′45″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Kadifekale (Türkcədən tərcümədə "məxmər qala" ) — Türkiyənin İzmir şəhərində təpənin və həmçinin həmin təpədə yerləşən qədim qalanın adı.

Həm təpə, həm də qala türk dövründən əvvəl, Roma İmperiyası dövründə Paqos ( yun. Πάγος) adlandırılırdı və bu gün də yerli yunanlar tərəfindən belə adlandırılır. Rəvayətə görə burada yaşayan amazon qadınları su üçün dağın ətəyindəki Meles çayına enirdilər.

Qalanın tapıldığı zirvə sahildən təxminən 2 km məsafədədir və İzmir şəhərinin böyük bir hissəsinə, eləcə də İzmir körfəzinə mənzərə təqdim edir.

İnzibati baxımdan təpə sahəsinin böyük hissəsində, təxminən altıda dördündə gecəqondular yaradılmışdır. Bunlardan biri təpəylə eyni olaraq Kadifekale, digərləri isə Alireis, Altay, İmariye, Kosova və Yenimahalle kimi adlandırılıb.

2007-ci ildə İzmir Böyükşəhər Bələdiyyəsi Kadifekale'de təmir və bərpa işlərinə başladı. 2020-ci ildə Kadifekale, "İzmirin tarixi liman şəhəri"-nin tərkib hissəsi olaraq Ümumdünya irsinin Türkiyədəki müvəqqəti siyahısına daxil olmuşdur.[1]

Paqos dağında Smirnanın bərpası

Buaradkı ilk qeydə alınan müdafiə divarları sonralar TrakyaKiçik Asiyada hökmdar (e.ə. 306) olan, Makedoniyalı İsgəndərin "varisi" (diadox) Lisimaços tərəfindən inşa edilmişdir.

Bu tikinti, İsgəndərin daxili körfəzin cənub-şərqində yerləşən təpənin üzərindəki, sadəcə bir neçə min insanın yerləşə biləcəyi Köhnə Smirnanı köçürməsi və şəhərin yenidən bərpası ilə əlaqələndirildi.

Yeni və daha böyük bir şəhərin salınması Pevsaninin söylədiyi bir əfsanədə şöhrət qazandı. Buna əsəsən İsgəndər ov etdikdən sonra şəhərin ibadət etdiyi iki Nemezida ziyarətgahının yaxınlığında bir çinar ağacının altında istirahət edərkən yuxu görür. Yuxuda ona yaxınlaşan tanrıçalar ona burada yeni bir şəhər salmağı və köhnə ərazidəki əhalini buraya köçürməyi buyurur. Bunun ardınca o klarosdakı məşhur kahinlə məsləhətləşir və kahin belə cavab verir:

Müqəddəs Melesin çayının arxasındakı Paqus şəhərində yaşayanlar axirətdə üç–dörd dəfə xoşbəxt olacaqlar.

İsgəndər köçürülmə üçün yalnız ideya müəlifi və ya təşəbbüskar rolunu oynamış ola bilsə də, Köhnə Smirnadakı son qazıntılar buradakı yaşayış məskəninin hətta onun dövründə də dayandırıla biləcəyini göstərdi. Bu əfsanə tez-tez qədim sikkələrdə təsvir olunurdu.

Tarixi

Strabon qeyd edir ki, Smirnanın yalnız kiçik bir hissəsi dağ üzərində yerləşirdi, daha çox hissəsi aşağıdakı düzənliklərdəki limanın ətrafında idi. Digər tərəfdən stadionteatr dərhal zirvənin altındakı yamaclarda idi. Təpədəki və sahil yaxınlığındakı yaşayış məskənləri müəyyən dövrlərdə ayrıca bir tarixə sahib idi. 14-cü əsrdə təpədəki qala Aydınoğulları tərəfindən tutulur. 19-cu əsrdə Kadifekale, İzmirin aşağıdakı şəhər mərkəzi kosmopolit bir ərazi olarkən, tarixi əsasını təşkil edən bir neçə yamac üzərindəki zəncirin bir hissəsi idi.

İndiki divarlar orta əsrlərə aiddir. Bir sıra mənbələr mövcud divarların altında Yunan divar hörgüsünün qalıqlarının müşahidə olunduğuna dair iddialar irəli sürdülər, lakin bunlar ümumi olaraq qəbul edilmədi.

Qalanın yaxınlığında Roma dövründə inşa edilmiş və BizansOsmanlı dövrlərində təmir edilmiş yeraltı su anbarlarının qalıqları var. Bu anbarlar Smirna içməli su şəbəkəsinin mərkəzini meydana gətirirdilər. Bu şəbəkənin qalıqları hələ də İzmirin mərkəzindəki Smirna aqorasında qorunur.

Qalereya

Mənbə

  • Akurgal, Ekrem. Ancient Civilizations and Ruins of Turkey: From Prehistoric Times Until the End of the Roman Empire. Kegan Paul. 2002. ISBN 0-7103-0776-4.
  • Akurgal, Ekrem. Ancient Civilizations and Ruins of Turkey: From Prehistoric Times Until the End of the Roman Empire. Kegan Paul. 2002. ISBN 0-7103-0776-4.
  • Cadoux, Cecil John. Ancient Smyrna: A History of the City from the Earliest Times to 324 A.D. Blackwell Publishing. 1938.

İstinadlar

  1. "The Historical Port City of Izmir". UNESCO. 24 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2020.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!