Kəbir Azəri (tam adı: Kəbir Məmmədov; 21 may 1960, Buzovna – 19 yanvar 1997, Bakı) — Azərbaycanlı meyxanaçı.[1]
Həyatı
Erkən illəri
1960-cı il mayın 21-də Bakının Buzovna kəndində anadan olub. Kimya Texnologiyası Texnikumunda təhsil alıb. İlk dəfə meyxananı 12 yaşında deyib.
Yaradıcılığı
Meyxanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi olub.
Ölümü
O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.[2]
Musiqi repertuarı
İrsi
Filmoqrafiya
İstinadlar