Kürəkən İsmayıl Paşa

Kürəkən İsmayıl Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Ərzurum əyaləti, Osmanlı imperiyası
Fəaliyyəti dövlət rəsmisi
Həyat yoldaşı Atikə Sultan

Kürəkən İsmayıl Paşa (ö. aprel 1666) — Osmanlı sultanı IV Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əslən boşnak olub, Əndərunda yetişmiş, daha sonra baş qapıçı, baş çavuş və baş miraxur vəzifələrində çalışmışdır. Sultan Muradın xanımlarında Hasəki Sənubər Sultanın uzaq qohumu idi. 1657-ci ildə vəzirlik rütbəsi alaraq İstanbul naibi təyin edildi. 1658-ci ildə sədrəzəm Körpülü Mehmed Paşanın vasitəçiliyi ilə üsyançı Topal Kənan Paşadan boşandırılan Atikə Sultanla nigahlandı və üsyançı paşanı ələ keçirmək məqsədilə Anadolu müfəttişliyinə gətirildi. Bu vəzifədə ikən Anadoluda alovlu silahları topladaraq iğtişaşların önünü almağa çalışdı.

Ertəsi il Topal Kənan Paşanın əcəcliylə vəfatının ardından geri çağırıldı və öncə Budin, daha sonra Bosniya əyalətinə təyin edildi. 1663-cü ilin martında ikinci dəfə İstanbul naibi seçildi. Həmin ilin avqustunda Özi, 1664-cü ildə isə Ərzuruma təyin edildi. Bu vəzifədə ikən 1666-cı ilin aprelində vəfat etdi.

Mənbə

  • Sicill-i Osmani III cild, səh. 152

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!