Jerar de Ridfor (fr. Gerard de Ridefort; 1141, Flandriya – 4 oktyabr 1189, Akka) — 1184-cü ilin oktyabrından 4 oktyabr 1189-cu ilə qədər Tampliyerlər ordeninin böyük magistrı.
İlk illəri
Jerar de Ridfor 1141-ci ildə Flandriya qraflığında anadan olmuşdur. O, 1170-ci illərin əvvəllərində Müqəddəs torpaqlara gəlir. De Ridfor ilk vaxtlarda Tripoli qrafı III Raymunda xidmət edir, lakin onunla mübahisə etdikdən sonra qraflığı tərk edir və krala xidmət etməyə başlayır. Yerusəlim kralı IV Balduin onu krallığın marşalı təyin edir. De Ridfor daha sonra Tampliyerlər ordeninə qoşulur, 1183-cü ildə ordenin seneşalına çevrilir. O, 1184-cü ilin oktyabr ayında Tampliyerlər ordeninin böyük magistrı təyin edilir.
Tampliyerlər
Müasir tarixşünasların fikirlərinə görə, Jerar de Ridfor səbrsiz idi və tez-tez yanlış qərarlar alırdı. O, Səlahəddin ilə müharibəni dəstəkləyərdən idi və hər hansısa bir sülh təklifinə kəskin şəkildə qarşı çıxırdı. Əlavə olaraq, Hospitalyerlər ordeni, o cümlədən krallığın elit zadəganları ilə münasibəti pis idi. Həmçinin, o, natiq bir şəxsiyyət idi.
Jerar de Ridfor 1187-ci ildə Səlib yürüşü zamanı tampliyerlərlə birlikdə Səlahəddinə qarşı vuruşmuşdur. O, Hattin döyüşündə tampliyerlərə rəhbərlik edirdi. Tripoli qrafı Raymund ilə razılaşmayan de Ridfor Yerusəlim kralı Luzuinyalı Qayı inandırır ki, hücuma keçmək lazımdır, hansı ki, 3 iyul 1187-ci ildə başlayır.
Səlibçilər Hattin döyüşündə həlledici məğlubiyyət yaşayır. Bütün tampliyerlər ya öldürülür, ya da ki sonradan edam edilmək üçün əsir götürülür. Döyüşdən yalnız de Ridfor sağ çıxır. Bu məsələ sonradan Tampliyerlər ordeninin yatırtılmasında arqumentlərdən biri kimi işlədilir. Tarixşünaslar güman edir ki, de Ridfor sultan Səlahəddin ilə razılığa gəlib və səlibçilərə xəyanət edib. Hər halda, de Ridfor müsəlmanlar tərəfindən əsir götürülür. Bu zaman o, Qəzzədakı tampliyerlərə təslim olmaq əmri verir. De Ridfor böyük magistrın əmrinə riayət etməmək hüququna malik olmayan tampliyerlərin təslim olması ilə sərbəst buraxılır. De Ridforun öz cəngavərləri arasındakı reputasiyası darmadağın olur, çünki düşmənə təslim olmaq və onun tələblərinə riayət etmək ordenin qaydalarına zidd idi. Buna əlavə olaraq, tampliyerlər arasında de Ridforun öz canını xilas etməsi üçün islama keçid etməsi ilə bağlı dedi-qodular yayılmışdı.
Əsarətdən qurtulan de Ridfor öz reputasiyasını gücləndirmək üçün müsəlmanlara qarşı yürüşlərdə iştirak edir. Buna baxmayaraq, o, 4 oktyabr 1189-cu ildə, Əkkanın mühasirəsində əsir düşür və sonradan edam edilir.
Mənbə
- Brevis Regni Ierosolymitani Historia, in Annali Genovesi di Caffaro e de’ suoi Continuatori, ed. Luigi Tommaso Belgrano (Fonti per la Storia d’Italia, no. 11), vol. 1 (Genoa, 1890), pp. 127–49.
- De Expugnatione Terræ Sanctæ per Saladinum Libellus, in Ralph of Coggeshall, Radulphi de Coggeshall Chronicon Anglicanum, ed. Joseph Stevenson (London, 1875).
- Peter W. Edbury, The Conquest of Jerusalem and the Third Crusade: Sources in Translation. Ashgate, 1996. [Old French Continuation of William of Tyre; this edition includes translation of Urban III's letter on the battle of Cresson.]
- Reinhold Röhricht (ed.), Regesta Regni Hierosolymitani MXCVII-MCCXCI, and Additamentum (Berlin, 1893–1904)
- Roger of Hoveden, Gesta Regis Henrici Secundi Benedicti Abbatis, ed. William Stubbs (London, 1867).
- Roger of Howden, Chronica Magistri Rogeri de Houedene, ed. William Stubbs (London, 1868–71)