Jelyu Mitev Jelev (Желю Митев Желев, 3 mart 1935[2][3][…] – 30 yanvar 2015[4][2][…], Sofiya) — bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti (1990–1992, 1992–1997).
Həyatı
Jelyu Jelev 3 mart 1935-ci ildə Bolqarıstanın Şumen vilayətinin Veselin kəndində anadan olub. 1954-cü ildə Müqəddəs Oxrodski adına Sofiya Universitetinin fəlsəfə fakültəsini bitirib. 1974-cü ildə fəlsəfə elmləri doktoru adını alıb. 1960–1965-ci illərdə Bolqarıstan kommunist partiyasının üzvü olub. Siyasi baxışlarına görə partiyadan təlxis olunub.
Bir çox kitab və məqalə müəllifidir. Ən məşhur əsəri 1982-ci ildə çap olunan "Faşizm" kitabıdır.
İstinadlar