Jan-Lük Qodar

Jan-Lük Qodar
fr. Jean-Luc Godard
Doğum tarixi 3 dekabr 1930(1930-12-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 2022(2022-09-13)[3][4][…] (91 yaşında)
Həyat yoldaşı
Fəaliyyəti kinorejissor
Fəaliyyət illəri 1954–2022
Təhsili
Boyu 1,7 m[6]
Mükafatları Qızıl Şir Qızıl ayı
IMDb ID0000419
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Lyuk Qodar(fr. Jean-Luc Godard, 3 dekabr 1930[1][2][…], VII arondisman, Fransa[5]13 sentyabr 2022[3][4][…]) — fransız rejissor.

Həyatı

Jan Lyuk Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir.

Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır.

Qodarın həmmüəllifi olduğu "Yeni dalğa" burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. "Yeni dalğa" yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar.

Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.

Qodarın filmləri ("Son nəfəsdə" "Kiçik əsgər" ,"Öz həyatını yaşamaq") fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilirdi.

1968-ci ildə Fransadakı tələbə hərəkatında fəal iştirak edən Qodar sol təmayüllü hərəkatın ideya liderlərindən biri olur. Onun filmləri 1968-ci il Fransa inqilabı üçün siyasi pamfletə çevrilir.

70-ci illərdə Qodarın sərt siyasi və intellektual mövqeyi sönməyə başladı və onun işinin təsiri 1980-ci illərdə zəiflədi — baxmayaraq ki, onun 1987-ci ildə çəkdiyi "Kral Lir" filmi Kann Kinofestivalı tərəfindən maliyyələşmişdi.

Jan Lyuk Qodar 13 sentyabr 2022-ci ildə 91 yaşında vəfat etdi.[7]

Yaradıcılığı

1959-cu ildə Qodar ilk filmini "Son nəfəsdə" dramını çəkir.

Onun növbəti "Kiçik əsgər" (1960) əsəri realist zorakı səhnələrə görə senzuraya məruz qalır və üç il sonra ekranlara çıxır. Hadisələr Əlcəzair müharibəsi fonunda Cenevrədə baş verir.

"Öz həyatınla yaşamaq" (1962) 12 epizoddan ibarətdir. Film azad, sərbəst yaşamaq istəyən Nana adlı gənc qadının hekayətini anladır. Amma azadlıq istəyi ona baha başa gəlir və Nana fahişə olmaq məcburiyyətində qalır. Film Venesiya festivalının iki mükafatını alır. Qadın hekayəti fonunda rejissor sosial, əxlaqi məsələləri araşdırır, insan azadlığına qadağa qoyan, onu manipulyasiyaya sürükləyən cəmiyyəti hədəfə alır.

"Nifrət" (1963) Alberto Moravianın eyni adlı romanı əsasında çəkilib.

Yazıçı Javal idealistdir, amma kütləvi detektivlər və ssenarilər yazaraq pul qazanır. Avropaya film çəkməyə gələn prodüser ssenarini ona həvalə edir. Və sonra Javalın arvadı prodüserin xoşuna gəlir, bunu sezən yazıçı münasibətləri görməzdən gəlir. İdeallarına xəyanət etdiyinə görə arvadı ona nifrət edir.

"Nifrət" prodüserlərin müəllifə təzyiqini göstərən tənqidi filmdir. Film bitəndən sonra müəlliflər rejissora baş rolun ifaçılardan biri Bricit Bardonu çılpaq çəkmədiyinə görə irad tuturlar. Qodar filmin əvvəlində Bardonu "soyundurur", amma bunu minimal və soyuq çəkməklə qadın bədəninin kapitalist dünyasında əmtəəyə çevrilməsinə etiraz edir.

Berlin kinofestivalında "Qızıl ayı" alan "Alfavill" (1956) ağ-qara fantastik filmi totalitarizmi ifşa edir.

"Dəlisov Pyero" (1965) kriminal dramı amerikalı yazıçı Lionel Uaytın "Mübtəlalıq" romanının ekran həllidir.

Baş qəhrəman varlı qadınla evli olsa da onu sevmir. Burjua mühiti onu darıxdırır, monoton həyatdan sıxılır, hər şey ona anlamsız gəlir. O, azyaşlı qızına Velaskesin yaradıcılığı haqda kitab oxumaqla sanki qızını bu saxta dünyadan qoparmağa cəhd edir.

O, məxsus olduğu dünyadan qaçır və sonda ölür.

Filmdə unikal səhnələrdən biri burjuaların ziyafətidir. Rejissor səhnədə reklam anturajı (mühiti-red.) yaradır, qadınlar şampundan, ətirdən, alt paltarından, kişilər avtomobildən danışır. Təkcə Pyero bu mühitdə rahat deyil, vurnuxur, darıxır və ordan qaçır.

Gi de Mopassanın əsəri əsasında çəkilən, Berlin kinofestivalının bir neçə mükafatını alan "Kişi-qadın" (1966) öz həyatını qurmaq istəyən, sol ideyaların tərəfdarı olan gənc oğlanın əhvalatını danışır.

"Bildiyim bir neçə şey" (1967) filmində insanlar sosial qayğılara, nəhəng zavodlara, reklamlara qarışıb insanlıqdan çıxır. Dükanda, küçədə, kafedə müxtəlif adamlar üzünü kameraya tutub öz qayğılarını, düşüncələrini bölüşür.

Sanki Qodar bu böyük dünyada yadlaşan insanların arasındakı sərhədləri kino vasitəsilə qırmağa ümid edir.

Venesiya festivalının xüsusi prizini alan "Çinli qız" (1967) Dostoyevskinin "Şeytanlar" romanının azad traktovkasıdır. Bir qrup fransız tələbə Maounu öyrənir.

"Uikend" (1967) sürrealist, qara komediyası həftəsonunu təbiətdə keçirmək istəyən cütlüyün səyahəti zamanı baş verənləri anladır.

Kann festivalının Qran Prisini alan "Ehtiras" (1982) bir film çəkilişinin xaotik təhkiyəsidir. Paralel olaraq fəhlələrin öz haqları uğrunda mübarizəsi gedir.

Venesiya festivalında iki mükafata layiq görülən "Adı: Karmen" (1983) Bizenin "Karmen" operasının motivləri əsasında ekranlaşdırılıb. Baş qəhrəman Karmen cinayət qrupunun rəhbəridir və bankın qarətini planlaşdırır.

"Yeni dalğa" (1990) yüksək cəmiyyətin muzdlu fəhlələrlə münasibətini analiz edir.

2010-cu ildə Kann festivalı çərçivəsində premyerası baş tutan "Sosializm" film-essesidir. Qodar bu filmdə də müasir dünyamızda münaqişələrə səbəb olan ideoloji, siyasi, sosial məsələlərə toxunub.

Onun "Sosializm"i mürəkkəb filmdir, başqa cür desək, kollajdır, ən müxtəlif fikirlərin, hadisələrin, elementlərin toqquşması və harmoniyasıdır. Filmi Qodarın növbəti siyasi manifesti, pamfleti kimi də qəbul etmək olar.

Rejissor filmi ilə bağlı maraqlı açıqlama verir: "Burda hər hansı qayda yoxdur. Mən dənizi göstərirəm. Onu təsvir etmək olmur-o sadəcə assosiasiya doğurur. Əgər "assosiasiya"dan danışırıqsa, "sosializm" də deyə bilərik. Əgər "sosializm" deyiriksə, siyasətdən də danışa bilərik".

Qodarın hələ ki, bu il ekranlara çıxan "Əlvida dil" filmidir.

Ünsiyyəti itirən qadın və kişinin bələdçisi itdir.

Ümumiyyətlə, dünya ədəbiyyatı, fəlsəfəsi, musiqisi, rəssamlığı, tarixi, ictimai-siyasi proseslər, kapitalizm, sosializm, qısası dünyada baş vermiş və baş verən hər şeyin qarışdırılması-bütün bunlar Qodarsayağı film deməkdir.

Qodar filmlərində daim filosofluq edir, dünyayla yorulmadan polemikaya girir.

Stendalı Əlcəzair müharibəsinə, Renuarı Leninə, fahişəliyi Vyetnam hadisələrinə, özünü analizi total sənayeləşməyə, məişət problemlərini linqvistikaya bulaşdırır.

O dünyadakı itmiş harmoniyanı axtarır. Bu harmoniyaya dünyanın anlaşılmazlığı və məntiqsizliyi, insanların yadlaşması, maddiləşməsi mane olur.

Onun filmlərində ölüm faktı yüngül, asan, hətta bəzən sanki dekorativ baş verir. Bu, müasir insanın laqeydliyini ifadə edir.

O, janrları qarışdırır, musiqili səhnələrdən, rəqslərdən istifadə edir

Qodarı tez-tez antisemitizmdə günahlandırırlar. Holokostu inkar edən rejissor İsraili Yaxın Şərqin bədxassəli şişi adlandırır: "Holokost – yəhudilərin intiharıdır, onlar intihar hesabına rəğbət qazandılar və İsrail dövlətini yaratdılar".

Bir neçə il əvvəl Oskar Akademiyası Qodara kinodakı əməyinə görə mükafat versə də rejissor mərasimə qatılmadı. O, bir parça metala görə okeanın o tayına uçmaq niyyətində olmadığını dedi. Amerika qəzetləri isə Akademiyanı antisemit baxışlarına görə rejissora mükafat verməməyə çağırsa da, Akademiya Qodarı onsuz da mükafatlandırdı.

…Bəzilərinə görə Qodar epitafiyasını artıq 1965-ci ilə ekranlaşdırdığı "Alfavil"də deyib: "Səni ölümdən betər tale gözləyir: Sən əfsanə olacaqsan".

"Yeni dalğa"nın digər yaradıcısı F. Trüffo onun haqda deyirdi: "Əgər biz Qodarla kazinoya getsək, öncə qaydaların necə olduğunu soruşacağıq. Mən qaydalara əməl edər, Qodar isə onları mütləq pozar".

"Baxılası 50 film" layihəsində rejissorun dünya kinosunda inqilabi film sayılan "Son nəfəsdə" dramını təqdim edirik.

Süjet: Cinayətkar Mişel oğurladığı maşını təqib edən polisi öldürür. Təqib olunan Mişel Parisdə təhsil alan amerikalı tələbə sevgilisi Patrisiyanın yanına gəlir. Onlar birlikdə vaxt keçirir, İtaliyaya qaçmağı planlaşdırırlar…

Film kiçik büdcəyə çəkilib. Kameranın dinamik hərəkəti üçün əlil arabasından istifadə edilib. Ssenarini Qodar və Trüffo çəkiliş günü yazıb, dialoqlar isə improvizədir. Filmdə titrlərdən istifadə olunmayıb.

Amma rejissor bilərəkdən bu reallığı dağıdır: aktyorlar birbaşa kameraya baxır. Sərt montaj bunun tamaşaçıya kino olduğunu xatırladır. "Son nəfəsdə" (montaj düzümünün pozulması, nəqldə kəsimlər-səhnələrin əvvəlinin və sonunun kəsilməsi, tamaşaçıyla interaktivlik) göstərdi ki, kinonu başqa cür də çəkmək olar. Filmdə kameranın hadisə yerində sanki təsadüfi, qəfil peyda olması, baş verənləri xəlvətcə izləyirmiş kimi görünməsi, təbii işıq sənədlilik təəssüratı yaradırdı. "Son nəfəsdə"nin qəhrəmanı cəmiyyətin burjua, ütülü qanunlarına üsyan edir, özünün xaotik davranışı ilə onlara meydan oxuyur.

Folknerin "Vəhşi palmalar" əsəri müzakirə edilir, şair Dilan Tomas xatırlanır, Pikassonun və Renuarın tabloları görünür.

Mişelin ölüm səhnəsi dünya kinosunun məşhur səhnəsidir. Çox rejissor onu başqa filmlərdə parodiya edib.

Fransa Sinematekasının yaradıcılarından biri Anri Langlua film haqda deyir: "Bu filmlə kino tarixi iki yerə bölünür: Qodara qədər və Qodardan sonra".

İstinadlar

  1. 1 2 Durgnat R. E. Jean-Luc Godard // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Jean-Luc Godard // filmportal.de. 2005.
  3. 1 2 https://www.liberation.fr/culture/cinema/mort-de-jean-luc-godard-histoire-du-cinema-20220913_4CZHL3TCIZELDKSELOABOVFREM/.
  4. 1 2 Pulver A. Jean-Luc Godard, giant of the French new wave, dies at 91 (brit. ing.). Britain: (untranslated), 2022. 107899 nüs. ISSN 0261-3077
  5. 1 2 Agence bibliographique de l'enseignement supérieur (France) Système universitaire de documentation (fr.). Montpellier: ABES, 2001.
  6. https://bodysize.org/fr/jean-luc-godard/.
  7. "Jean-Luc Godard, giant of the French new wave, dies at 91". The Guardian. 13.09.2022. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.

Xarici keçidlər

Read other articles:

1981 8-bit word processor program Atari Word ProcessorDeveloper(s)Atari, Inc.Initial release1981; 42 years ago (1981)Stable release1.0 Written inAssemblyPlatformAtari 8-bit familySize48 kBTypeWord processorLicenseProprietary software Atari Word Processor is a word processor program for the Atari 8-bit family, announced by Atari, Inc. in January 1981 and shipped that summer. The program was powerful for its era, including numerous features like superscripts and two-colum...

 

Cambridge Midsummer Fair on Midsummer Common west of Elizabeth Way, 2005. Looking north from the northern end of Elizabeth Way Bridge. Elizabeth Way is a road in northeast Cambridge, England.[1][2] It is designated the A1134 and forms part of Cambridge's inner ring road. At the northern end is a roundabout forming a junction with Milton Road (continuing the A1134 to the left and as the A1309 northeast out of Cambridge to the right). Near the north end is another roundabout lin...

 

Diese sortierbare Liste der Geotope im Landkreis Tübingen enthält die Geotope des baden-württembergischen Landkreises Tübingen, die amtlichen Bezeichnungen für Namen und Nummern sowie deren geographische Lage. Die Geotope sind im Geotop-Kataster Baden-Württemberg dokumentiert und umfassen Aufschlüsse von Gesteinen, Böden, Mineralien und Fossilien sowie besondere Landschaftsteile.[1] Inhaltsverzeichnis 1 Liste 2 Siehe auch 3 Weblinks 4 Einzelnachweise Liste Im Landkreis sind 66...

مجتبى عبد علي مجتبى عبد علي (2020) معلومات شخصية الاسم الكامل مجتبى عبد علي موسى الميلاد 20 أغسطس 1993 (العمر 30 سنة)البحرين مركز اللعب قلب الدفاع الجنسية  البحرين معلومات النادي النادي الحالي المنامة المسيرة الاحترافية1 سنوات فريق م. (هـ.) 2022-2011 الأهلي 2022- المنامة المنتخب الوطني...

 

جزء من سلسلة مقالات حولالثقافة الإسلامية العمارة الإسلاميّة العربية الأذريّة الهندوإسلامية مغاربية مغوليّة عثمانية باكستانيّة فارسية سلجوقية الفن الفن الإسلامي التخطيط المُصغرات البُسط والسجاد الرقص السَّماع الرقص الصوفي الملابس العباءة العقال البوبو البرقع الچادر ...

 

Centropyge Centropyge loriculus Klasifikasi ilmiah Kerajaan: Animalia Filum: Chordata Kelas: Actinopterygii Ordo: Perciformes Famili: Pomacanthidae Genus: CentropygeKaup, 1860 Spesies Lihat teks Sinonim[1] Paradiretmus Whitley, 1948 Sumireyakko Burgess, 1991 Xiphypops D.S. Jordan, 1922 Centropyge adalah genus ikan bersirip kipas dalam keluarga Pomacanthidae (Injel) yang ditemukan di Samudera Atlantik, Hindia dan Pasifik.[2] Panjang spesiesnya tidak melebihi 15 cm dan hidu...

Football leagueMowi PremiershipFounded1996CountryScotlandConfederationCamanachd AssociationNumber of teams10Level on pyramid1Relegation toNational DivisionCurrent championsKingussie Camanachd(2022)Websitewww.shinty.com The Premier Division (known as the Mowi Premiership) is the premier division in shinty. Based in Scotland and formed in 1996, the league is the top tier of the Shinty league system. Set-up in order to create a Scotland-wide league for the first time, it constitutes as one of th...

 

1996 studio album by Eliane EliasThe Three AmericasStudio album by Eliane EliasReleased1996Recorded1996GenreContemporary jazzLength52:21LabelBlue Note CDP-553328ProducerEliane Elias, Christine MartinEliane Elias chronology Solos and Duets(1994) The Three Americas(1996) Impulsive!(1997) Professional ratingsReview scoresSourceRatingAllMusic[1]Entertainment WeeklyB+[2]The Penguin Guide to Jazz Recordings[3]The Penguin Guide to Jazz on CD[4] The Three Ameri...

 

Book by R.L. Stine The New Girl First edition cover of The New GirlAuthorR. L. StineCountryUnited StatesLanguageEnglishSeriesFear StreetGenreHorror fictionPublished1989 Simon PulseMedia typePrint (Paperback)Followed byThe Surprise Party  The New Girl is the first novel in R. L. Stine's Fear Street series. It was written in 1989, making it one of the earliest horror novels written by Stine. The New Girl is one of twelve Fear Street books that were reprinted in 2005. Plot Summary...

French units of the Waffen-SS Charlemagne DivisionSleeve badge worn by soldiers in the Charlemagne DivisionActive1944–1945Country Vichy FranceAllegiance Nazi GermanyBranch Waffen-SSTypeInfantry brigade, later reclassified as divisionSize7,340 men (February 1945)Engagements Eastern Front (World War II) East Pomeranian Offensive Battle of Berlin CommandersNotablecommandersEdgar PuaudGustav KrukenbergMilitary unit The Waffen Grenadier Brigade of the SS Charlemagne (German: Waffen-Gre...

 

هذه المقالة بحاجة لصندوق معلومات. فضلًا ساعد في تحسين هذه المقالة بإضافة صندوق معلومات مخصص إليها. يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (ديسمبر 2018) هذه ال...

 

Invasion of the Kingdom of Hungary by the Mongol Empire (1241-42) This article's lead section may be too short to adequately summarize the key points. Please consider expanding the lead to provide an accessible overview of all important aspects of the article. (March 2021) First Mongol invasion of HungaryPart of the Mongol invasion of EuropeMongol invasion depicted in Johannes de Thurocz's Chronica HungarorumDateMarch 1241 – April 1242LocationKingdom of Hungary and Kingdom of Croatia (moder...

Canadian politician Carol HughesMPMember of Parliamentfor Algoma—Manitoulin—KapuskasingIncumbentAssumed office October 14, 2008Preceded byBrent St. DenisAssistant Deputy Speaker and Deputy Chair of Committees of the WholeIncumbentAssumed office December 7, 2015Prime MinisterJustin Trudeau Personal detailsBorn (1958-11-26) November 26, 1958 (age 65)Val Caron, OntarioPolitical partyNew Democratic PartySpouseKeith HughesResidenceHanmer, Ontario[1]ProfessionCLC Staff Repr...

 

Berikut merupakan daftar 153 komune di département Var, di Prancis. (CAT) Agglomeration community of Toulon Provence Mediterranean, created in 2002. (CAF) Agglomeration community of Fréjus-Saint-Raphaël, created in 2000. (CAD) Agglomeration community of Dracénoise, created in 2001. (CAG) Agglomeration community of Garlaban Huveaune Sainte-Baume, created in 2000, most of which is located in the Bouches-du-Rhône département. (CCC) Commune community of Cœur du Var - Plaine des Maures, cre...

 

Historic house in Provo, Utah, United States United States historic placeSimon Peter Eggertsen Sr. HouseU.S. National Register of Historic Places Show map of UtahShow map of the United StatesLocation390 South 500 WestProvo, UtahUnited StatesCoordinates40°13′43″N 111°40′1″W / 40.22861°N 111.66694°W / 40.22861; -111.66694Arealess than one acreBuilt1876ArchitectSimon P. Eggertsen Sr.Architectural styleGothic Revival, Federal, Early Gothic RevivalNRHP ...

1954 film For other uses, see Angel of Darkness. Angels of DarknessDirected byGiuseppe AmatoWritten byBruno Paolinelli (novel) Elio Petri Gianni Puccini Cesare Zavattini Siro Angeli Giuseppe De Santis Gigliola Falluto Giuseppe Mangione Giuseppe AmatoProduced byGiuseppe Amato Tino Buazzelli Piero CoccoStarringLinda Darnell Anthony Quinn Valentina CorteseCinematographyAnchise BrizziEdited byGabriele VarrialeMusic byRenzo RosselliniProductioncompanyAmato FilmDistributed byCEI IncomRelease date27...

 

Railway station in Mizunami, Gifu Prefecture, Japan This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Kamado Station – news · newspapers · books · scholar · JSTOR (November 2017) (Learn how and when to remove this template message) CF15Kamado Station釜戸駅Kamado Station in December 2004General informationLo...

 

Syrian political opposition This article needs to be updated. Please help update this article to reflect recent events or newly available information. (March 2021) 13th Divisionالفرقة 13Insignia of the 13th Division.Leaders Lt. Col. Ahmad al-Saud[1] Col. Ali al-Samahi †[2] Zaher al-Ahmad (56th Infantry Brigade) (POW)[3] Abdul Karim Alito †[4] Maj. Moussa al-Hamoud (Victory Brigade)[5] Capt. Ali al-Salloum  (POW) (Vi...

Neafie & Levy Razão social Neafie and Levy Ship and Engine Building Company Atividade estaleiro Fundação 1844 Encerramento 1907 Sede Kensington, Filadélfia Empregados 300 (1870) Produtos ferro e aço, navios a vapor, motores marítimos, hélices, equipamentos industriais Contratorpedeiro USS Bainbridge (DD-1) (1902). Ferry boat Yankee (1907). Neafie, Levy & Co mais conhecida como Neafie & Levy foi um estaleiro norte-americano com sede na cidade de Kensington, Filadélfia. A e...

 

اضغط هنا للاطلاع على كيفية قراءة التصنيف تنام أسود التاج حالة الحفظ أنواع قريبة من خطر الانقراض المرتبة التصنيفية نوع[1][2]  التصنيف العلمي النطاق: حقيقيات النوى المملكة: الحيوانات الشعبة: حبليات Chordata الشعيبة: فقاريات Vertebrata الطائفة: طيور Aves الطويئفة: طيور حديثة Neo...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!