1565-ci ildə XI Davidin kiçik oğlu olaraq dünyaya gəlmişdi. 1618-ci ildə İsfahan darğası olaraq fəaliyyət göstərmişdi. Marabda döyüşündəGeorgi Saakadzenin ordusunun sağ cinahını idarə edirdi. 1630-cu ildə Səfəvi ordusuna komandanlıq edərək Bağdadı ələ keçirmişdi. 1633-cü ildə Kartli kralı təyin olunmuşdu. 1648-ci ildə I Teymurazı ağır məğlubiyyətə uğradaraq həm də Kaxeti kralı olmuşdu. Övladı olmadığı üçün 1653-cü V Vaxtanqı vəliəhd təyin etmiş, özü isə 1658-ci ildə vəfat etmişdi.