I Qazi Gəray (1504 – aprel 1524, Feodosiya) — Krım xanı.
Həyatı
1503-cü ildə dünyaya gəlmişdir. Atası Krım xanı Mehmed Gəraydır. Atası və qardaşları ilə birlikdə Həştərxan səfərinə çıxmış ancaq noqayların hazırladığı sui-qəsdlə bütün ailəsi qətlə yetirilmişdi. Sui-qəsddən xilas olan Qazi Gəray qardaşı Baba Gərayı da yanına alaraq Krıma qayıtdı və yerli bəylərin dəstəyi ilə 20 yaşında Krım taxtına oturdu (noyabr 1523). Qardaşı Baba Gəray yeni Krım xanının kalqayı elan edildi.
Ancaq o illərdə vassalı olduğu Osmanlı sultanı Sultan Süleyman bu səltənəti tanımadı. Belə ki, İstanbulda girov saxlanılan əmiləri də ona qarşı intriqalar aparırdı. Təcrübəsiz bir gənc olan Qazi Gəray idarəni ələ ala bilmədi və bölgədə daxili çəkişmələr başladı. Digər tərəfdən sui-qəsdi təşkil edən Şirin qəbiləsindən Mamay xan, bu iki qardaşın intiqam alacağından qorxaraq İstanbula gəldi. Məngli Gərayın girov tutulan oğlu Səadət Gərayı Krım taxtı uğrunda mübarizəyə razı saldı. Osmanlı sultanının da razılığını alan Səadət Gəray 1524-cü ilin mayında Krım xanı elan edildi.
Müxtəlif hədiyyələrlə mükafatlandırılan Səadət Gəray hərbi qüvvəylə Krıma göndərildi. Əmisinə qarşı mübarizə aparan Qazi Gəray, Mamay xanın da vasitəçiliyi ilə bir müddət sonra yeni xana tabe oldu. Təmin edilən sülhlə Qazi Gəray yeni Krım xanının kalqayı elan edildi. Qardaşı Baba Gərayla birlikdə Bağçasaraya gələn Qazi Gəray burada xanın hüzurunda qətlə yetirildi. Qardaşları Baba Gəray və Çoban Gəray isə həbs edildi və 3 ay sonra edam olundu. Hacı Gərayın nəvəsi və Özteymur Gərayın oğlu Özbək Gəray (ö. 1525) kalqay elan edildi.
Mənbə
- Seyyid Mehmed Rızâ, es-Seb‘u’s-seyyâr fî ahbâri’l-mülûki’t-Tâtâr
- Ahmed Dede Müneccimbaşı, Câmiʿu’d-düvel (trc. Ahmed Nedîm, Sahâyifü’l-ahbâr), I-III, İstanbul 1285
- Abdülgaffar Kırîmî, Umdetü’t-tevârîh (nşr. Necib Âsım, TTEM ilâvesi), İstanbul 1343, s. 99
- Halim Giray, Gülbün-i Hânân, İstanbul 1287, s. 13
- Halil İnalcık, “Gâzî Giray I”, İA, IV, 734
- Hammer-Purgstall, Joseph V., (çev.:Mehmet Ata), (1992), Büyük Osmanlı Tarihi,İstanbul
- Howorth, Henry Höyle (1880) History of the Mongols, from the 9th to the 19th Century