I Pyotrun Yay sarayı

I Pyotrun Yay sarayı
Летний дворец Петра I
Xəritə
59°56′50″ şm. e. 30°20′10″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Aidiyyatı Dövlət Rus Muzeyinin filialı
Memar Domeniko Trezini
Sifarişçi I Pyotr
Tikilmə tarixi 1710 - 1714
İstinad nöm.7810549055
Mühafizə dərəcəsiFederal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Pyotrun Yay sarayı (rus. Летний дворец Петра I) — Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan I Pyotrun yay iqamətgahı. Bina Dövlət Rus Muzeyinin filialı kimi istifadə olunur. Hazırda saray restavrasiya işləri ilə əlaqədar bağlanılıb və turistlərin ziyarət etməsi mümkün deyil.

Saray binası

Barokko üslubunda Yay sarayı memar Domeniko Trezininin layihəsi əsasında 1710—1714-cü illərdə inşa olunmuşdu. Bu şəhərdə ən qədim tikililərdən biridir. İkimərtəbəli saray kifayət qədər sadədir və yalnız on dörd otaqdan və iki mətbəxdən ibarətdir.

İqamətgah yalnız isti mövsümdə - may ayından oktyabr ayına kimi istifadə üçün nəzərdə tutulmuşdur və məhz buna görə də evin divarları nazik, pəncərələri isə bir çərçivəli idi. Daxili bəzək işləri rəssamlar A.Zaxarov, İ.Zavarzin və F.Matveyev tərəfindən yaradılmışdır.

Sarayın fasadı alleqorik tərzdə Şimal müharibəsi hadisələrini 29 barelyef ilə təsvir olunmuşdu. Barelyeflər alman memarı və heykəltəraşı Andreas Şlüter tərəfindən hazırlanmışdı.

Tarix

Pyotr qismən tamamlanmış saraya 1712-ci ildə daxil oldu və hər yay ölümünə qədər (1725) burada yaşayırdı. O sarayın birinci mərtəbəsində məskunlaşmağa qərar verir. Onun ölümündən sonra XIX əsrin ortalarına qədər saray əyanların yay iqamətgahı kimi istifadə edilmişdir. Xüsusilə burada Anna Leopoldovna qalmağı daha çox üstünlük verirdi. Bu da onun sevgilisi Karl Moritz Linarın yaxınlıqda məskunlaşması ilə bağlı idi.

1934-cü ildə saray binasında tarix-məişət muzeyi açılmışdı. İkinci Dünya Müharibəsi zamanı bina güclü dağıntıya məruz qalmışdı; fasad və otaqların suvağı ovulub tökülmüş, pəncərələrin çərçivələri isə yerindən qoparılmışdı. Həmçinin tavan mərmi qələləri ilə zədələnmişdir. Sarayın bərpası 1946-cı ildə başlamışdı. 1947-ci ildə muzey ictimaiyyətə yenidən açılmışdı. 1950-1960-cı illərdə sarayın ilkin görünüşünü qaytarmaq məqsədilə tam miqyaslı bərpa işlərinə start verilmişdi. O cümlədən döşəmə və isitmə sistemləri yeniləri ilə əvəz olunmuşdu.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!