I Never Die (azərb. Mən heç vaxt ölmürəm) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış birinci studiya albomu. 14 mart 2022-ci ildə rəqəmsal olaraq, 15 mart 2022-ci ildə fiziki olaraq buraxılmışdır. Albomun fiziki buraxılışı üç versiyadan ibarətdir: "Risky", "Chill" və "Spoiled". Əsas sinqlı "Tomboy" olan alboma 8 trek daxildir. Albom Sucinin 2021-ci ilin avqustundakı gedişindən sonra buraxılmış ilk "(G)I-dle" albomudur. Mahnıların çoxu Soyon, Minni və Uqi tərəfindən hazırlanmış və yazılmışdır.
"I Never Die" özünəinam, öz qaranlıq tərəfini qəbullanma və özünü sağaltma mövzularına toxunur. Albom tənqidçilər tərəfindən bəyənilmiş, lakin qısa olması səbəbilə tənqid olunmuşdur. Buraxıldığı ilk həftədə 200.000 nüsxəsi satılmış, Çində 2022-ci ilin ən çox satılan 2-ci K-Pop albomu olmuşdur.[1]
17 mart 2022-ci ildə "Cube Entertainment" qrupun martda yeni musiqi buraxacağını açıqlamışdır.[2] 24 fevral 2022-ci ildə qrupun "I Never Die" adlı ilk studiya albomunu buraxacağı açıqlanmışdır.[3] 25 fevralda albom üçün ağ-qara treyler buraxılmışdır.[4] 28 fevralda albomun trek siyahısı və albomun əsas sinqlı "Tomboy" açıqlanmışdır.[5] Albom üçün konsept fotoları 2, 3 və 4 martda buraxılmışdır.[6] 11–12 martda video tizerləri yayımlanmışdır.[7][8] 14 martda "I Never Die" albomu və "Tomboy" mahnısının klipi buraxılmışdır.[9]
Albomun fiziki buraxılışı üç versiyadan ibarətdir: "Risky", "Chill" və "Spoiled". "Risky" versiyasında qrup nuar konsepsiyasında, "Chill" versiyasında rahatlamış və qisas komandası konsepsiyasında təsvir olunmuşdur. "Spoiled" versiyasında isə qrup "heç kimin nifrət edə bilməcəyi protaqonist"i ifadə etmişdir.[10] Bu buraxışlara CD, şəkilli kitab, stiker, fotokart və miniposter daxildir.[11]
Musiqi və sözlər
"I Never Die" 24 dəqiqə uzunluğunda olan və 8 trekdən ibarət olan studiya albomudur. Alboma əlavə olunmuş CD-yə "Tomboy" mahnısının açıq versiyası daxildir. Mahnıların çoxu Soyon tərəfindən yazılmış və hazırlanmışdır. Uqi "Liar" və "Polaroid", Minni isə "Already" və "Escape" mahnılarının hazırlanmasında iştirak etmişdir.[12]"I Never Die"pop, alternativ rok, rok, R&B və hip-hop janrlarında olan mahnıları birləşdirir.[13][14] Albomun əsas mövzusu özünəinam və stereotiplərə qarşı olmaqdır.[14][15]
Açılış treki "Tomboy" alternativ rok, rok və pop-pank janrlarında olan mahnıdır. Mahnı azadlıq və "möhtəşəm sevgili" stereotipini qırmaq barəsindədir.[12][13]"Never Stop Me" 2000-ci illərin emo yeniyetmə təsiri ilə yazılmış mahnı olub ayrılıq hissindən bəhs edir. Üçüncü trek "Villain Dies" qrupun "qaranlıq tərəfi" haqqındadır. Mahnı qaranlıq elektro-pop janrındadır və hip-hop ilə roku özündə birləşdirir. "Already" R&B və pop mahnsı olub "yaraların sağalmasının onların yox olduğu mənasına gəlmir" mövzusuna toxunur. Beşinci trek "Polaroid" qrupun anı yaşamaq və gənclik xatirələrini yaxalamaq barəsindədir. "Escape" hər şeydən bezən və təslim olmaq hissi yaşayanlar üçün hazırlanmışdır. "Liar" klassik rok mahnısı olub qrupun ayağa qalxması və pis şeylərin baş verməsinə icazə verməyin bəzən daha yaxşı olduğunu başa düşmələri haqqındadır. Sonuncu trek "My Bag" isə hip-hop mahnısıdır.ref name="NME review"/>
Qəbul
"Time" jurnalı albomu 2022-ci ilin ən yaxşı K-pop albomlarından biri adlandırmışdır.[16] "Idology" albomu "2022-ci ilin ən yaxşı 20 K-Pop albomu" siyahısına daxil etmişdir.[17] "NME" jurnalı alboma 4 ulduz vermiş, albomu "özün biri kimi olmaq barəsində tutarlı hekayə" olduğu üçün tərifləmişdir.[18] "Genius" albomu qrupun indiyə qədərki ən güclü albomu adlandırmışdır.[19]
"I Never Die" həftəlik "Gaon" albomlar hit-paradında 2-ci yerdə debüt etmişdir.[20] 274.958 nüsxəsi satılan albom Koreya Musiqi Məzmunu Assosiasiyasının platin sertifikatını əldə etmişdir.[21]
Lee, Sang-gyu. "큐브엔터 (여자)아이들, 中 '왕이윈뮤직' 연간 차트 1위 달성" [Cube Entertainment (G)I-DLE, China's 'NetEase Music' Annual Chart Ranked 1st]. Maeil Business (koreya). December 12, 2022. İstifadə tarixi: May 8, 2023 – Naver vasitəsilə.
↑에디터입니다, Editoridology kr. "결산 2022 : ③올해의 앨범 20선 | Idology" [Closing 2022 : ③20 albums of the year] (ingilis). January 1, 2023. January 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2023.