I Harald Gözəlsaç

I Harald Gözəlsaç
q.skan. Haraldr hárfagri
norv. Harald I Hårfagre
872 – 930
Əvvəlkiyoxdur
SonrakıEyrik Qanlı Balta
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vestfoll, Norveç
Vəfat tarixi
Vəfat yeri Ruqalann, Norveç
Atası Qara Halvdan
Anası Raqnhild Siqurddotter
Həyat yoldaşları Asa
Qida
Raqnhild
Svanhilx
Ashild
Tora
Snefrid
Uşaqları

oğulları: Quttorm, Qara Halvdan, Bəyaz Halvdan, Siqfred, Hrörek, Siqtrik, Frodi, Torqisl, Eyrik Qanlı Balta, Byörn Morehod, Olof, Raqnar Rükkil, Rinq, Daq, Qudröd Skiry, Yaxşı Hakon, Uzunayaq Halvdan, Qudröd Blesk, Düzayaq Röqnvald, Siqurd Hrisi

qızları: Olof Krasa Qoda, İnqiqerd, İnqeborq
Ailəsi İnqlinqlər sülaləsi
Dini Skandinaviya büdpərəstliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Harald Gözəlsaç və ya I Harald Horfaqer (q.skan. Haraldr hárfagri, norv. Harald I Hårfagre; 850- təx. 933) - Norveçin birinci kralı. Gözəlsaçlılar və ya Horfaqerlər sülaləsinin banisi.

Bioqrafiyası

I Harald Vefstfoldun İnlinqlər sülaləsindən olan konunqu Qara Halvdanın və Hrinqarik konunqu Siqurdun qızı Raqinhildin yeganə övladı idi.

Təxminən 860-cı ildə Qara Halvdan vəfat edir. Bu zaman Haraldın 10 yaşı var idi.

866-cı ildə Harald bütün Norveçi öz hakimiyyəti altında birləşdirməyə başladı. Altı il davam edən yürüşlərdən sonra 872-ci ildə baş verən Hafsfyord döyüşündə əldə edilən qələbədən sonra Harald buna nail oldu.

Haraldın hakimiyyəti altında Norveç (872-ci il)

Haraldın təzyiqi ilə ona tabe olmayan güclü hakimlər Îslandiyaya və Britaniya adalarına qaçdılar. Harald yaratdığı dövləti hücumlardan qorumaq və təhlükəsizliyini təmin etmək üçün sonrakî illərdə yaxın adalara və Şotlandiyaya hücum edərək oraları rəqiblərindən təmizlədi.[1] Bununla yanaşı o həm də Vermland və ətraf ərazilər uğrunda İsveç kralı Erik Emundssonla mübarizə apardı.

Hakimiyyətinin sonuna yaxın mərkəzi hakimiyyĕt zəifləyir. Beləki sayı hələ də dəqiqləşdirilməyən oğulları atalarının taxtı uğrunda çəkişməyə başlayırlar. Ancaq onlardan yalnız biri Haraldın rəğbətini qazanır. 930-cu ildə ölümündən sonra Eyrik Qanlı Balta Norveçin yeni hökmdarı olur.

Ailəsi

  • Asdan olan övladları:
    • Quttorm
    • Qara Halvdan
    • Bəyaz Halvdan
    • Siqfröd
  • Qidadan olan övladları:
    • Olof Krasa Qoda
    • Hrörek
    • Siqtrük
    • Frodi
    • Torqisl
  • Raqnhilddən olan övladları:
    • Eyrik Qanlı Balta
  • Sanqhildən olan övladları:
    • Byörn
    • Olaf
    • Raqnar Rükkil
  • Ashilddən olan övladlar:
    • Hrinq
    • Daq
    • Qudröd
    • İnqiqerq
  • Torada olan övladları:
    • Hakon
  • Snefriddən olan övladları:
    • Halvdan
    • Qudröd
    • Röqinvald
    • Siqurd Hrisi
  • Digər uşaqları:
    • İnqeborq

Xatirəsi

Abidələr

I Haraldın şərəfinə ucaldılmış abidə (Höuqesun)
  • 1872-ci ildə Höuqesun şəhərində I Haraldın şərəfinə o zammənlar zarının olduğu güman edilən yerdə abidə ucaldılmışdır.[2]

Filmlər

  • History Channel kanalı üçün çəkilən və İrlandiya-Kanada istehsalı olan Vikinqlər teleserialının 4-cü sezonunda Harald Gözəlsaç personajı daxil edilir.

Musiqi

  • Rebellion pauer-metal qrupunun I Haralda həsr edilmiş mahnısı Sagas of Iceland albomuna daxil edilmişdir.
  • Leaves' Eyes alman simfonik metal qrupunun I Haraldın fəthlərinə həsr olunmuş King of Kings albomu işıq üzü görmüşdür.

Kitablar

  • I Harald Vinland Saga manqasında qeyd edilib.

Oyunlar

  • Harald Gözəlsaç Crusader Kings II oyununun personajlarındandır.

İstinadlar

  1. P. H. Sawyer, "Harald Fairhair and the British Isles", in "Les Vikings et leurs civilisation", ed. R. Boyer (Paris, 1976), pp. 105–09.
  2. Torgrim Sneve Guttormsen, 'Branding local heritage and popularising a remote past Arxivləşdirilib 2022-07-25 at the Wayback Machine: The example of Haugesund in Western Norway', AP: Online Journal in Public Archaeology, 1 (2014), 45–60 (p. 47).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!