II Şapur

II Şapur
شاپور دوم بزرگ
309 – 379
ƏvvəlkiAzər Narseh
SonrakıII Ərdəşir
Şəxsi məlumatlar
Doğum tarixi 309[1][2]
Doğum yeri
Vəfat tarixi 379
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası II Hörmüzd
Anası İfra Hörmüzdi
Uşaqları III Şapur , IV Bəhram , Zurvandoxt
Dini Zərdüştlük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir.

Hökmranlığı

Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır.

İslahatları

II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür. Daha sonra İran körfəzi sahilində liman tikdirərək, donanma yaratmış və dəniz vasitəsilə Bəhreyni tutmuşdur. Onun dövründə İsgəndərin Persapolda yandırdığı Avesta bərpa olunmuşdur.

Xristian təhlükəsi

II Şapurun dövründə Bizans imperatoru I Konstatin xristianlığı dövlət dini elan etmişdir. Onların təsiri ilə ermənilərinxristianlığı qəbul etməsi II Şapuru narahat edirdi. Ona görə də Narsehlə Diokletian arasında 297-ci ildə bağlanmış sülhü pozdu və 337–350 və 358–363-cü illərdə Bizansla müharibələr apardı. Müharibənin ilk illərində Sasani qoşunları MesopatomiyanıErmənistanı öz təsir dairəsinə saldılar. Lakin 344-cü ildə Sincar döyüçündə Sasanilər məğlub oldu və ermənilər müstəqillik əldə etdilər. Daha sonra II Şapur 3 dəfə Bizansın əlində olan Nizbin qalasına hücum etdi qalanı mühasirəyə aldı, lakin tuta bilmədi.

Qafqazda hərbi əməliyyatlar

Tez-tez Albaniyaya hücum edən ermənilərin qarşısını almaq üçün Sanatürk hunlarla birləşərək Ermənistana hücum etdi və paytaxt Valarşpatı tutdu. Lakin bir il sonra ermənilər onu məğlub edərək Albaniyanın bir sıra vilayətlərini tutdu. Bunu gördükdə II Şapur ermənilərə qarşı hücuma keçdi. Ona bu işdə Alban hökmdarı Urnayr da kömək edirdi. Erməni-Bizans birləşmələri ilə 359-cu ildə Diyarbəkir yaxınlığında Amid döyüşü baş verdi. Döyüşdə Sasanilər və albanlar qalib gldilər və işğal olunmuş torpaqları qaytardılar. Lakin 371-ci ildə Dzirav döyüşündə Bizans qalib gəldi və bəzi əraziləri işğal etdi. 387-ci ildə imzalanmış sülhə görə Bizans işğal etdiyi əraziləri geri qaytardı və erməni çarlığı ləğv edilərək tərəflər arasında bölündü.

Hunlarla münasibətlər və ölümü

Böyük hun axınları II Şapurun dövründə baş vermişdir və hunlar imperiyanın şərqində məskunlaşmışdılar. II Şapur onlarla bir sıra döyüşlər apardıqdan sonra müharibənin mənasız olduğunu görüb onlarla sülhə gəlmişdir.

II Şapur 379-cu ildə 70 yaşında və hakimiyyətinin 70-ci ilində vəfat etmişdir və yerinə qardaşı II Ərdəşir keçmişdir.

Həmçinin bax

Xarici keçidlər

  1. King of Iran Shāpūr II // Faceted Application of Subject Terminology.
  2. Shapur // opac.vatlib.it (ing.).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!