II Robert (Şotlandiya kralı)

II Robert
ing. Robert II
22 fevral 1371 – 19 aprel 1390
ƏvvəlkiII David
SonrakıIII Robert
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1316
Doğum yeri
  • Paysli monastrı[d]
Vəfat tarixi 19 aprel 1390 (74 yaşında)
Fəaliyyəti siyasətçi
Uşaqları
Ailəsi Stüartlar
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Robert (ing. Robert II of Scotland; 2 mart 1316, Paysli monastrı[d]19 aprel 1390) — Şotlandiya kralı. II Davidin bacısı oğlu idi və onun geridə rəsmi varis qoymadan vəfatının ardından taxta çıxarıldı. Stüartlar sülaləsindən taxta çıxan ilk Şotlandiya kralıdır.

Anası Şotlandiya kralı I Robertin böyük qızı Marjori Brus, atası isə yerli əsilzadələrdən Volter Stüartdır. Babası I Robert taxta çıxdıqdan sonra oğul övladı olmadığı üçün qardaşı Eduard Brusu varisi elan etmişdi. O əsnada dünyaya gələn Robert taxtın ikinci, Eduard Brusun 1318-ci ildə ölümündən sonra isə birinci varisi təyin olundu. Ancaq çox keçmədən 1324-cü ildə dayısı David Brus dünyaya gəldi və kralın oğlu olaraq taxtın birinci vəliəhdi təyin edildi. Beləcə, taxt sıralamasında geriyə düşən Robertin, parlamentin 1327-ci ildə verdiyi qanunla Davidin varissiz vəfatı halında taxta çıxarılmasına qərar verdi. Babasının 1329-cu ildə vəfatının ardından 5 yaşlı dayısı II David taxta çıxarıldı.

İkinci Şotlandiya Müstəqillik müharibəsi illərində 1333-cü ildə baş tutan döyüşdə ingilislərin qalib gəlməsinin ardından, dayısı II David və ailəsi Fransaya qaçırıldı və burada uzun müddət sürgündə yaşadı. Bu illər ərzində Robert Şotlandiyanın Qoruyucusu ünvanıyla krallığı idarə etdi. 1363-cü ildə dayısına qarşı üsyan etsə də, vərasət hüququnun əlindən alınmaması şərtilə qısa zamanda üsyanı sonlandırdı. Nəhayət, dayısının geridə rəsmi varis buraxmadan vəfat etməsinin ardından 1371-ci ildə II Robert taxta çıxdı.

Taxta çıxdıqdan sonra ingilislərə qarşı sərhəd boyunca mübarizəni artıran II Robert 1384-cü ilədək işğal edilən bir çox şotland mülkünü geri ala bildi. Ancaq qısa zaman sonra 2 oğlunun ona qarşı üsyan etməsiylə mərkəzi hakimiyyət zəiflədi. 1390-cı ildə vəfat etdi.

Ailəsi

İlk evliliyi 1336-cı ildə Yelizaveta Murla gizlicə baş tutdu və cütlüyün bu nigahdan 10 övladı dünyaya gəldi. Taxta namizəd göstərilməsinin ardından ailəsinin kilsənin də gözündə rəsmiləşməsi üçün 1349-cu ildə keçirilən kilsə mərasimiylə xanımıyla yenidən evləndi.

  • III Robert
  • Volter Stüart (?-1362)
  • Robert Stüart (?-1420)
  • Aleksandr Stüart (?-1405)
  • Marqarita Stüart
  • Marjori Stüart
  • Yelizaveta Stüart
  • İzabella Stüart (?-1410)
  • Yohanna Stüart (?-1375)
  • Yekaterina Stüart

İkinci evliliyi 1355-ci ildə Eufemiya Rossla baş tutdu və cütlüyün bu nigahdan 4 övladı doğuldu.

  • David Stüart (1356-1389)
  • Volter Stüart (1360-1437)
  • Yelizaveta Stüart
  • Yeqidiya Stüart

Mənbə

  • Barrell, Andrew D.M., Medieval Scotland, Cambridge University Press, 2000, ISBN 0-521-58602-X
  • Boardman, Stephen, The Early Stewart Kings: Robert II and Robert III, 1371–1406, The Stewart Dynasty in Scotland Series, Edinburgh: John Donald, an imprint of Birlinn Ltd, 2007, ISBN 978-1-904607-68-7
  • Broun, Dauvit; MacGregor, Martin, redaktorlar The Gaelic World and the Early Stewart Court, Stephen Boardman // Mìorun Mòr nan Gall, 'The Great Ill-Will of the Lowlander'? Lowland Perceptions of the Highlands, Medieval and Modern (1st), Glasgow: the Centre for Scottish and Celtic Studies, University of Glasgow, 2007, OCLC 540108870
  • Brown, Keith M.; Tanner, Roland, The History of the Scottish Parliament: Parliament and Politics In Scotland 1235–1560, 1, Edinburgh University Press, 2008, ISBN 978-0-7486-1485-1
  • Brown, Michael, The Wars of Scotland, 1214–1371, Edinburgh University Press, 2004, ISBN 0-7486-1238-6
  • Burns, Charles, redaktorCalendar of Papal Letters to Scotland of Clement VII of Avignon, 1378–1394, Scottish History Society, 1976, ISBN 978-0-9500260-8-4
  • Cowan, Edward J.; Finlay, Richard J., redaktorlar The Demonisation of King John Fiona Watson // The Power of the Past, Scottish History, Edinburgh: Edinburgh University Press, 2002, ISBN 0-7486-1420-6
  • Donaldson, Gordon, Scottish Kings, London: Batsford, 1967, 153229
  • Fryde, E. B.; Greenway, D. E.; Porter, S.; Roy, I., Handbook of British Chronology, Guides and Handbooks (Third corrected), Cambridge, UK: Cambridge University Press, 1996, ISBN 0-521-56350-X
  • Grant, Alexander, Independence and Nationhood, The New History of Scotland, London: Edward Arnold (Publishers, Ltd), 1984, ISBN 0-7131-6309-7
  • Goodman, Anthony; Tuck, Anthony, redaktorlar The Otterburn War from the Scottish Point of View: Alexander Grant // War and Border Societies in the Middle Ages, Routledge, 1992, ISBN 0-415-08021-5
  • Grant, Alexander; Stringer, Keith, redaktorlar Scotland without a King, 1329–1341, Bruce Webster // Medieval Scotland: Crown,Lordship and Community, Edinburgh: Edinburgh University Press, 1998, ISBN 0-7486-1110-X
  • Hogg, James, The Three Perils of Man; or, War, women, and witchcraft, 1822
  • Jones, Michael; McKitterick, Rosamond; Abulafia, David; Reuter, Timothy; Luscombe, David Edward; Allmand, Christopher Thomas, 'Fourteenth-century Scotland, Alexander Grant // The New Cambridge Medieval History: c. 1300–1415, Cambridge University Press, 2000, ISBN 0-521-36290-3
  • Lynch, Michael, Scotland: A new History, London: Pimlico, 1992, ISBN 0-7126-9893-0
  • Maxwell, Herbert. Robert the Bruce and the struggle for Scottish independence. G.P. Putnam's sons. 1897.
  • Nicholson, Ranald, Scotland: The Later Middle Ages, The Edinburgh History of Scotland, Vol. 2, Edinburgh: Oliver and Boyd, 1974, ISBN 0-05-002038-2
  • Oram, Richard, redaktorThe House of Stewart, 1371–1625, Michael Penman // The Kings & Queens of Scotland, Stroud, Gloustershire: Tempus Publishing Ltd, 2001, ISBN 0-7524-1991-9
  • Paul, James Balfour, redaktorThe Scots Peerage, I, Edinburgh: David Douglas, 1904
  • Pearson, M.J., Robert II: 1316–1390, Reader's Guide to British History (online), Routledge, İstifadə tarixi: 12 January 2010
  • Rogers, Clifford J., The Wars of Edward III: Sources and Interpretations, Boydell & Brewer, 1999, ISBN 0-85115-646-0
  • Sadler, John, Border Fury: England and Scotland at War 1296–1568, Longman, 2006, ISBN 1-4058-4022-6
  • Tuck, Anthony; Goodman, Anthony, redaktorlar Otterburn from the Scottish point of View,Alexander Grant // War and Border Societies in the Middle Ages (1st), Routledge, 1992, ISBN 0-415-08021-5
  • Watson, Fiona, Independence, Wars of // The Oxford Companion to Scottish History (Oxford Reference Online. Oxford University Press), Edinburgh: Edinburgh University Press, 2007, İstifadə tarixi: 18 May 2012
  • Weir, Alison, Britain's Royal Family: A Complete Genealogy, London: The Bodley Head, 1989, ISBN 0-370-31310-0

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!