II Lüdovik (Böyük Hesse hersoqu)

II Lüdovik
6 aprel 1830 – 16 iyun 1848
ƏvvəlkiI Lüdovik
SonrakıIII Lüdovik
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1777(1777-12-26)[1]
Doğum yeri
Vəfat tarixi 16 iyun 1848(1848-06-16)[1] (70 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti suveren[d]
Atası I Lüdovik (Böyük Hesse hersoqu)
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Lüdovik (alm. Ludwig II. von Hessen-Darmstadt‎; 26 dekabr 1777[1], Darmştat16 iyun 1848[1], Darmştat) — II Böyük Hesse hersoqu.

Leypsiq Universitetində təhsil aldı. Ardından həyatının çox hissəsini keçirdiyi Darmştadta qayıtdı. Atasının rəsmi təmsilçisi kimi 1804-cü ildə Napoleon Bonapartın və 1814-cü ildə XVIII Lüdovikin tacqoyma mərasimlərinə qatıldı. 1820-ci ildə qəbul edilən konstitusiyanın ardından parlament üzvü seçilsə də, dövlət idarəsindən uzaq qaldı.

Atasının vəfatının ardından 1830-cu ildə taxta çıxdı. Külli miqdarda olan şəxsi borclarının dövlət hesabına ödənilməsini tələb etsə də, bu tələbi parlamentlə münasibətlərinin pisləşməsinə səbəb oldu. 1848-ci il inqilabları onun dövlət idarəsindəki yetərsizliyini bir daha göstərdi. 5 mart 1848-ci ildə oğlu III Lüdoviki ortaq naib elan edərək etirazları susdurmaq istədi. Ancaq çox keçmədən vəfat etdi və oğlu III Lüdovik təkbaşına suveren monarx oldu.

Mənbə

İstinadlar

  1. 1 2 3 4 Lundy D. R. Ludwig II Großherzog von Hessen und bei Rhein // The Peerage (ing.).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!