II Hüseyn Cəlayır — X və sonuncu Cəlairi hökmdarı.
Həyatı
İlk illəri
Atası Ələüddövlə sultan Əhməd Cəlayırın oğludur. 1409–1410-cu illərdə Əhməd Cəlayır Xuzistanda yürüşdə olarkən Əlaüddövlə icazəsiz şəkildə Qaraqoyunlu ərazilərinə daxil oldu. Təbriz tərəfdə tutulan Əlaüddövlə, Ədilcəvaz qalasında həbs edildi.
Əhməd Cəlayırın Təbriz yaxınlığında Qara Yusif tərəfindən öldürüməsindən sonra, həmin dövrdə Qara Yusifin əmri ilə həbsdəki Əlaüddövlə də öldürüldü. Atasının ölümündən sonra Ədilcəvazda, Ağqoyunlu Qara Yuluq Osman bəyin yanında qalan II Hüseyn burada yaxşı təhsil aldı.
Hakimiyyəti
1423–1424-cü illərdə Cəlairi hökmdarı Şah Məhəmməd başqa bir varisi olmadığı üçün II Hüseyni Hilləyə dəvət edərək onu vəliəhdi elan etdi. II Hüseyn Şah Məhəmmədin ölümündən sonra 1424-cü ildə Cəlairi taxtına çıxdı.
Sultan Hüseyn Bağdadı çıxmaqla Ərəb İraqının böyük qismində Cəlairi hakimiyyətini bərpa etdi. Həmçinin bu dövrdə Şuştər də Cəlairilər tərəfindən ələ keçirildi. Bağdad hakimi, Qaraqoyunlu şəhzadəsi əmir İsfahan onu dayandırmaq üçün üzərinə bir neçə dəfə yürüş etsə də, bu yürüşlər nəticəsiz oldu. Nəhayət, 1432-ci ildə Hillədə əmir İsfahan tərəfindən öldürüldü.
Onun ölümü ilə Cəlairilər sultanlığı rəsmi olaraq süqut etdi.
İstinadlar
Ədəbiyyat