Boris (bolq. Борис II) — Birinci Bulqar dövlətinin imperatoru, I Pyotrun ilk oğlu idi.
Hakimiyyəti
969-cu ildə taxta çıxmışdı. I Svyatoslavın üstünlüyünü qəbul edib, onunla Bizansa qarşı birləşməyə məcbur olmuşdu. Lakin 970-ci ildə həlledici döyüşdü müttəfiqini qoruya bilməyən Svyatoslav imperator I İohann Timizkesin Borisi həbs etməyinə mane ola bilmədi. Boris artıq çar kimi yox magistros yəni adi qubernator kimi görülürdü. Ölkənin qərb hissəsi isə Kometopuli sülaləsindən olan 4 gənc qardaş tərəfindən idarə olunurdu. Bizans hakimiyyəti bunu bir üsyan kimi, qardaşlar isə qəyyumluq hadisəsi kimi görürdülər. Boris qardaşı ilə ölkəsinə qayıdanda bir lal-kar sərhəd gözətçisi tərəfindən tanınmayaraq ürəyindən oxla vuruldu. Qardaşı isə bundan qurtuldu.
Ailəsi
Bilinməyən bir qadınla evlənmiş, iki qızı olmuşdu:
İstinadlar