II Ariobarzan — b.e.ə. 20-eramızın 2-ci illərində Atropatenanın Atropatilər sülaləsindən olan hökmdarı.[4]
Həyatı
Digər Atropatena hökmdarı I Ariobarzanın oğludur. Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Tasit II Ariobarzanı belə təqdim edirdiː
|
fiziki gözəlliyi və gözəl mənəvi keyfiyyətləri ilə fərqlənən midiyalı. [5]
|
|
Hakimiyyəti illəri
Hakimiyyətinin ilk illərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Armeniya (həmin dövrdə Fərat çayının yuxarı axarında yerləşən ərazi) taxt-tacı da itirilmişdi. Lakin daha sonra II Ariobarzanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Armeniya taxtını yenidən Atropatenaya hədiyyə edərək oranın idarəsini də Atropatena hökmdarına tapşırdı. O bizim eranın 2-ci ilində vəfat etdi. [6]
Həmçinin bax
İstinadlar
- ↑ Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992
- ↑ Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992
- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Abdulla Həsənalı oğlu Fazili. Ulusunu tanımayan tanrısını tanımaz. (Atropatena e. ə. IV – e. VII əsri) – Bakı: E 1992, s. 114
- ↑ Алиев И. Г. Очерк истории Атропатены. Б.: Азернешр, 1989, с. 101
- ↑ Алиев И. Г. Очерк истории Атропатены. Б.: Азернешр, 1989, с. 101-103