IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur.[1]
Məqsədi
IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər.[2]
Mahiyyəti
Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir.[3] IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir.[4] Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar.[5] Bu əsasən 3 formada həyata keçirilir:
- IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi);
- Lizinq və kredit;
- Xidmətlərin maliyyələşdirilməsi.
Bununla da IBM:
- Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir;
- Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir;
- ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır;
- Sahiblik üçün bütün xərcləri azadldır;
- Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır;
- Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir
Fəaliyyət miqyası
IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var. Hazırda 55-dən çox ölkədə fəaliyyət göstərməklə qlobal bazarda xərclərin azaldılması və texnologiyaların effektiv çatdırılmasına xidmət edir.[1]
Həmçinin bax
İstinadlar