Həbibə Məmməd qızı

Həbibə Məmməd qızı
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
İxtisası Filologiya
Əsərlərinin dili Azərbaycan

Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır.[1]

Həyatı

Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Fəaliyyəti

Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir.

Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir.

Kitabları

  • 1965 - “Ayrıla bilmədim”
  • 1969 - “Xəzri həmişə əsmir”
  • 1970 - “Günəş məndən göyçəkdir”
  • 1972 - “Bahar çiçəkləri”
  • 1982 - “Onu hamı sevirdi”

Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.[1]

İstinadlar

  1. 1 2 Azərbaycan Ədəbiyyatı Ensiklopediyası, Şamil Süleymanlı, Bakı, 2008, səh. 394

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!