Hüqo Salmela (13 iyun 1884 – 28 mart 1918, Tampere) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Qırmızı Qaravulların hərbi liderlərindən biri. O, heç bir hərbi təcrübəsi olmayan, Şərqi Finlandiyanın Kotka qəsəbəsindəki mişar dəyirmançısı olarq çalışan adi işçi idi.[1] Salmela, həmçinin, yerli işçilərin teatrındakı qeyri peşəkar aktyorluq fəaliyyəti ilə də tanınırdı. 1917-nin sonlarında Qırmızı Qaravullar yaradıldıqdan sonra Salmela Kimi Qvardiyasının lideri oldu.
İstinadlar