Heydər Qiyai Şamlı (23 oktyabr 1922[1], Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır.
Həyatı
Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır.
Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
İran İslam İnqilabından sonra İranı tərk edərək Fransaya köçüb. Bir müddət Fransada və ABŞ-də fəaliyyət göstərib. 6 sentyabr 1985-ci ildə Fransanın Antib şəhərində dünyasını dəyişib[2][3]
Layihələrin siyahısı
- Tehran Senat Evi
- Məşhəd Dəmiryol stansiyası
- Təbriz Dəmiryol stansiyası
- Əbuəli Sina Fondu
- Fərəhabad Sarayları
- Tehran Pars Drive-In kinoteatrı
- Radio city kinoteatrı
- Moulin Rouge kinoteatrı
- Royal Tehran Hilton oteli
- Məşhəd xəstəxanası
- Lavizan xəstəxanası
- Qiyai sarayı
Şəkillər
-
Heydər Qiyai Şamlının gerbi
-
Tehran Hilton Oteli
-
Tehran Senat Məclisinin Binası
-
Məşhəd dəmiryolu stansiyası
-
Təbriz qatar stansiyası
-
Radio city kinoteatrı
-
Radio city kinoteatrı
Həmçinin bax
İstinadlar