Heydər Bammatov

Heydər Bammatov
Şəxsi məlumatlar
Doğum tarixi 1 (13) noyabr 1889
Doğum yeri
Vəfat tarixi 31 mart 1965(1965-03-31)[1] (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası31 mart 1965[1], Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat.

Həyatı

Qafqaz canişinin tərcüməçisi olmuşdur.

Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümum-Rusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni hökumətin tərkibində də xarici işlər naziri təyin olunmuşdu. 1919 il iyunun 12-də Bammat Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinə Qafqaz ərazisində qarşılıqlı münasibətləri tənzimləmək və vəziyyəti yerində öyrənmək məqsədilə bu regiona xüsusi komissiya göndərilməsi üçün Paris sülh konfransına müraciət olunmasını təklif etmiş, iyunun 15-də isə bolşevizmlə mübarizə adı ilə Denikinə kömək göstərilməsinin dağlı xalqları və dövlətini məhvə sürüklədiyini bildirərək, Gürcüstan və Azərbaycanı Denikinin hərəkətlərinə qarşı etiraz notası verməyə çağırmışdır. Azərbaycan və dağlı nümayəndə heyətlərinin 18 iyun tarixli birgə iclasında Antantanın Kolçak hökumətini Ümum-Rusiya hökuməti kimi tanıması ilə əlaqədar Bammatın rəhbərlik etdiyi komissiyanın hazırladığı nota qəbul olunmuşdur. Bammat Qafqaz Konfederasiyası tərəfdarı olmuş, Azərbaycana qarşı ərazi iddiaları qaldıran bəzi Dağlılar höku-məti nümayəndələrinə qəti etirazını bildirmişdir. 1919 il mayın 30-da Parisdə Azərbaycan və Şimali Qafqaz dağlılarının Paris sülh konfransındakı (1919–1920) nümayəndələrinin Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə keçirilən iclasında Bammat Qafqaz Konfederasiyası yaradılmasının tərəfdarı olduğunu bildirmişdi. Bammatın ərəb, türk və Azərbaycan dillərində çap edilən "Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu" kitabında islamın ümumdünya mədəniyyətinə təsirindən bəhs edilir. O, həmin əsərində Qərbə pərəstişin, "qərbmər-kəzçilik" nəzəriyyəsinin əleyhinə çıxmışdır.

Əsərləri

  • Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu, B., 1994.

Ədəbiyyat

  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920 illər), B., 1993;
  • Göyüşov A., 1917–1920 illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France Haïdar Bammate // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!