Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Cənubi Tirol, Avstriya-Macarıstan[1]) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur.
Həyatı
Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır.
1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır. O, güclü monarxiya sisteminə qarşı olan simpatiyasını və populist hakimiyyətə qarşı olan antipatiyasını konstitusional töhfələrində əks etdirmişdir. Meyci konstitusiyası 1889-cu ildə qəbul edilmişdir.
1893-cü ildə Almaniyaya qayıtmazdan qabaq ticarət məcəlləsinin tərtibatında iştirak etmişdir. Bu məcəllə onun ölümündən sonra – 1899-cu ildə qəbul edilmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|