Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt.
Tarixi
Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir. 1898-ci ilin qışında Valter Vellmanın ekspedisiyası Terethoff burnunda düşərfə salmışdır. Burun Vilhelm Teqethoffın şərəfinə adlandırılmışdır. XX əsrin 90-cı illərində adanın ilk kəşf edənlərin çərəfinə burunda sənədli film çəkilmişdir[1]