Həsən Seyidbəyli

Həsən Seyidbəyli
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi
23 dekabr 1964 – 1981
SonrakıRüstəm İbrahimbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1920(1920-12-22)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1980(1980-06-25) (59 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist
Uşaqları

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1976 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
"Qırmızı əmək bayrağı" ordeni — 1970 "Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).[1][2]

Həyatı

Həsən Seyidbəylinin yaşadığı ev

Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir.[2] Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.[3] "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Həsən Seyidbəyli 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olmuşdur.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılmışdır.[4]

Təltif və mükafatları

Filmoqrafiya

Həsən Seyidbəylinin xatirə lövhəsi (Bakı)

İstinadlar

  1. Abbaslı, T. Böyük ekran adamı: Bir çox filmləri ilə keçmişi gələcəyə göstərən Həsən Seyidbəyli //Mədəniyyət.- 2015.- 23 dekabr.- S.14.
  2. 1 2 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  4. Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb //525-ci qəzet.- 2011.- 9 fevral.- S. 7.

Mənbə

  • ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
  • Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • [1]

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!