Dəstəfur Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin məsul katibi
Hüseyn Xəlil oğlu Ələkbərov
16 iyul 1946-cı ildən 11 avqust 1948-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Hüseyn Xəlil oğlu Ələkbərov 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1928–1930-cu illərdə Gəncədə texnikumda oxumuşdur. 1930–1931-ci illərdə həmkarlar təşkilatında işləmiş, Dəstəfur (indiki Daşkəsən) rayon icraiyyə komitəsinin məsul katibi olmuşdur. 1931-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1935–1937-ci illərdə Yevlax rayonunda xalq hakimi işləmiş, 1937–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1946–1948-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.[1] 1985-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.