Gürcüstan–Özbəkistan münasibətləri — Gürcüstan və Özbəkistan arasındakı ikitərəfli münasibətlər.
İkitərəfli əlaqələr
Ticarət və iqtisadiyyat
Gürcüstan Respublikası Eduard Şevardnadze 4 sentyabr 1995-ci ildə gürcüstana rəsmi səfərdə olmuşdur. Bu səfər sayəsində iki ölkə arasında
ticarət və iqtisadi anlamda böyük irəliləyiş əldə edilmişdir. Səfər zamanı azad ticarət, investisiyaların qarşılıqlı təşviqi və mühafizəsi, beynəlxalq avtomobil nəqliyyatı, beynəlxalq avtomobil nəqliyyatı ilə bağlı icazələrin mübadiləsi, qarşılıqlı sistemin təşkili və fəaliyyətinə dair bir sıra sazişlər imzalanmışdır. Özbəkistan Prezidenti İslam Kərimovun 27-28 may 1996-cı il Gürcüstan səfəri zamanı imzalanmış dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilələr bu çərçivəni daha da gücləndirmişdir. Bunlardan ən vacibi Özbəkistan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi haqqında bəyannamə və maliyyə-sənaye qruplarının qurulması haqqında əsas razılaşmadir. İkitərədli əməkdaşlığın artırılması üçün özbək-gürcü işçi komissiyası təşkil olunmuşdur.
2000-ci ildə Gürcüstan və Özbəkistan arasında ticarət dövriyyəsi 1999-cu ilə nisbətdə 3 dəfə artmışdır. 2000-ci ildə Özbəkistanın Gürcüstana əsas ixracatını pambıq lifləri, enerji qaynaqları (neft məhsulları), ərzaq, kimyəvi maddələr və plastmaslar təşkil etdirdi. Gürcüstandan isə Özbəkistana meyvə, qoz, qəhvə, çay, şirniyyat, kimyəvi və ştapel lifləri, qara metallar və ondan hazırlanmış məhsullar, təyyarələr üçün avadanlıqlar. Gürcüstan-Özbəkistan "Real-CL" birgə müəssisəsi ticarət və vasitəçilik fəaliyyəti ilə məşğul olur.
2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $71 mln dollar olmuşdur. Bu 2016-cı ilin anoloji dövri ilə mnüqayisədə 10 mln dollar azdır[1].
Nəqliyyat
Özbəkistanda Gürcüstan avia şirkətlərindən "Airzena" (Gürcüstan Hava Yolları), Trans-Georgia End Kompani Limited, Gürcüstanda isə Özbəkistana aid "Oʻzbek-Jorjian Trans K" şirkətlərinin nümayəndəlikləri var. Bütün bu şirkətlər sərnişin və yük daşınması ilə məşğuldur. Özbəkistan mallarının Gürcüstan limanları vasitəsilə üçüncü ölkələrə nəqli aktiv şəkildə inkişaf edir. 1996-cı ildə 100 min ton yük daşınmış, 1997-ci ildə isə 285 min ton olmuşdur. Özbəkistan həmçinin Gürcüstan vasitəsilə keçən TRACECA Avropa-Asiya tranzit dəhlizində iştirak edir[2].
Turizm
Gürcüstan Daxili İşlər Nazirliyindən alınan məlumata görə 2017-ci ilin yanvar-avqust aylarında ölkəni 11 173 Özbəkistan vətəndaşını ziyarət etmişdir[3].
Diaspora
Hazırda Özbəkistan-Gürcüstan Dostluq Cəmiyyəti və Megobroba Mədəniyyət Mərkəzi (Daşkənd) fəaliyyət göstərir. 2000-ci ildə Özbəkistanda gürcülərin sayı təxminən 1,130 idi. Hazırda müxtəlif hesablamalara görə, Özbəkistanda 1000[4]-4000[5] arası gürcü yaşayır. Bundan əlavə, gürcü legioner futbolçuları Özbəkistanda yaşayırlar və Özbəkistanın futbol klublarının üzvü olurlar. Bunlardan biri də Paxtakor Daşkənd FK-nun keçmiş kapitanı, bu gün isə Daşkəndin "Lokomotiv" klubunun üzvü Kaka Makaradzedir[6].
İstinadlar