Gürcüstan vətəndaş müharibəsi (gürc.საქართველოს სამოქალაქო ომი) — Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrində etnik qruplar arasındakı qarşıdurmalardan başqa 1991-ci ilin Dekabr ayının 22-dən, 1993-cü ilin Dekabr ayının 31-ə qədər davam edən şiddətli hərbi zərbələrdən ibarət olan hərbi münaqişə.
Etnik azlıqseparatçı hərəkatlərı başda Osetinlər və Abxazlar olmaqla 1990-cı illərin əvvəllərində yeni nizam içində tanınmağı tələb etdi. Yeni qazanılan milli imtiyazlarını müdafiə edən Gürcüstan, separatizmi zorla məhdudlaşdırmaq üçün hərbi təşəbbüslərlə cavab verdi. 1991-ci ilin Yanvar ayının 5-də Gürcüstanın Milli Gözətçiləri, Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldu və şəhər içində döyüş baş verdi. Gürcüstan-Cənubi Osetiya münaqişələri, Qamsaxurdiya hökumətinin qarşılaşdığı ilk böyük böhran idi.
Müxalifətin Zviad Qamsaxurdiya hökuməti əleyhinə olan fəaliyyəti, 1991-ci ilin payız fəslində, sonradan şiddətli vuruşmalara çevrilən kəskin bir siyasi mübahisə yaratdı. 2 sentyabrda Tbilisidə reallaşan geniş bir müxalifət nümayişinin polis tərəfindən dağılmasının ardından bir neçə müxalif həbs olundu və müxalifət tərəfdarı qəzetlər bağlanıldı. Ölkədəki ən böyük hərbiləşmiş güc olan Gürcüstan Milli Gözətçiləri, Qamsaxurdiye tərəfdarı və Qamsaxurdiye əleyhdarı olaraq iki yerə parçalandı. Bir başqa güclü hərbiləşdirilmiş təşkilat olan Mxedriyoni, Yaba Ioseliyani tərəfindən idarə edilirdi. Bu təşkilat müxalifət tərəfdarı idi.
Rəsm-keçidlər və barrikada inşaatı sonrakı üç ayı qeyd etdi. 22 Sentyabrda Tbilisidə ilk ölüm hadisələri baş verdi. 24 Sentyabrda Tbilisidəfövqəladə hal elan edildi. Qamsaxurdiya əleyhdarı qruplar 4 oktyabrda Qamsaxurdiya tərəfdarlarına hücum etdi, prezidentin bir tərəfdarı öldürüldü. 1991-ci ilin Oktyabr ayının sonlarına doğru, müxalifətdəki Milli Demokrat Partiyası (MDP) Qiyorqi Çanturiya rəhbərliyindəki liderlərin çoxu həbs olunmuşdu. Müdafiə naziri Tengiz Kitovaninin silahlı tərəfdarları Tbilisinin xarici məhəllələrinə geri çəkildiklərində və 1991-ci ilin Dekabr ayına qədər müxalifətlə güc mübarizəsi yoğunlaştığında prezidentQamsaxurdiyanın böhranın sülh içində həlli üçün heç bir imkan qoymadığını iddia etdilər.
Çevriliş
1991-ci ilin Dekabr ayının 20-də, Kitovaninin əsgərləri, Qamsaxurdiyaya qarşı edilən son hücumunu başlatmaq üçün geri qayıtdı. Silahlı müxaliflər, "Mxedriyoni"-nin rəhbəri olan Yaba Ioseliyanini həbsdən çıxardılar və mərkəzi Tbilisidə barrikada qurdular. 22 dekabrda üsyançılar bir neçə rəsmi binanı zəbt etdilər və Qamsaxurdiya və tərəfdarları tərəfindən zəbt edilən parlament binasına hücum etdilər. Eyni zamanda, şəhərin çoxunu onsuz da zəbt edən üsyançılar, Tbilisidə və ətrafında Qamsaxurdiya tərəfdarı etirazları vəhşicəsinə basdırdılar. Xalqa atəş açıb bir neçə insanı öldürüb yaraladılar.
1992-ci ilin Yanvar ayının 6-da hökumətin digər üzvləri ilə birlikdə olan prezidentQamsaxurdiya, əvvəlcə Ermənistana və daha sonra Çeçenistana qaçaraq sonrakı 18 ay ərzində sürgündəki hökumətə rəhbərlik etdi.
1992-ci ilin yay fəslində, müstəqillik tələbi olan başqa bir bölgə olan, Abxaziyada da qarşıdurmalar şiddətlənməyə başladı. 1992-ci ilin Avqust ayının 14-də Gürcüstan ordusu Abxaziyanı işğal etdi. 1993-cü ilin Sentyabr ayında isə dünyanın fərqli yerlərindən gələn könüllülərdən ibarət abxaz qüvvələri davam etdirdikləri müqavimət sonrasında 1993-cü ilin Sentyabr ayının 17-də Abxaziyanın paytaxtı Suxumini yenidən zəbt etdilər. Gürcüstan vətəndaş müharibəsi əsnasında və sonrasında yaşanan hadisələr ölkənin demoqrafik quruluşunu dəyişdirdi. Gürcüstan ordusu ilə birlikdə hərəkət edən və İosif Stalin dövründən bəri ərazidə yaşayan gürcülər, Gürcüstana geri dönmək məcburiyyətində qaldılar. Müharibə hər iki tərəfdə təxminən 20 min ölüm və təxminən 260 min məcburi köçkün yaratdı.[3]
Üç il davam edən vətəndaş müharibəsiGürcüstana həm siyasi, həm maliyyə, həm də ictimai olaraq olduqca ağır və mənfi təsirləri oldu. 1995-ci ildə vəziyyət bir az daha düzəlmişdirsə də radikal "Zviadistlərin" terorizm və təxribat hərəkatlərı gərginliyin yüksəlməsinə səbəb oldu. Bu terorçular 1998-ci ilin Fevral ayında Eduard Şevardnadzeyə baş tutmayan sui-qəsd planlamışdılar.