İctimai-siyasi və dövlət xadimləri
|
Əlimərdan bəy Topçubaşov (1862–1934)
|
|
Görkəmli siyasi xadim. Diplomat, hüquqşünas. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918–1920).[4]
|
Emin ağa Acalov (1868–1937)
|
|
Borçalı Qarapapaq Türk Cümhuriyyətinin sədri (1917–1918), Cənub-Qərbi Qafqaz Türk Respublikasının Dövlət başçısı (1918–1919).[5]
|
Ömər Faiq Nemanzadə
|
|
Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri.[6]
|
Nəriman Nərimanov (1870–1925)
|
|
İctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri (1922–1925).[7]
|
Ayvaz Həsənov (1929–1990)
|
|
Gürcüstan SSR Ali Sovetinin deputatı (1970–1980), Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini (1975–1981), Gürcüstan SSR Marneuli Rayon İcraiyyə Komitəsinin Sədri (1989–1990).[8]
|
Həsən Seyidov (1932–2004)
|
|
Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1981), SSRİ Nazirlər Soveti Rəyasət Heyənin üzvü, SSRİ Ali Sovetinin deputatı.[9]
|
Həsən Həsənov (1940-)
|
|
Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992), Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Macarıstan (2004–2010) və Polşada (2010-dan indiyə qədər) fövqəladə və səlahiyyətli səfiri.[10]
|
Ramiz Həsənov (1961-)
|
|
Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2004–2005), Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri (2005–2018), Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini (2018-günümüzədək).[11]
|
Pərixan Sofiyeva (????-1953)
|
|
Müsəlman dünyasında millət vəkili seçilən ilk qadın.[12]
|
Hüseyn Məmmədov (1875-????)
|
|
Siyasətçi, "Hümmət" partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).[13]
|
Natiq Cəfərli (1972-)
|
|
Respublikaçı Alternativ Partiyasının həmtəsisçisi və sədr müavini, iqtisadçı.[14]
|
Tofiq Yaqublu (1961-)
|
|
Müsavat Partiyası sədrinin keçmiş müavini, jurnalist.[15]
|
Savalan Mirzəyev (1986-)
|
|
Gürcüstan dövlət və ictimai-siyasi xadimi[16][17], Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri.[18]
|
Elxan Poluxov (1971-)
|
|
Azərbaycan Respublikasının dövlət xadimi və tanınmış diplomatı, Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri.[19] Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rəhbəri (2009–2011)
|
Məşhur alimlər
|
Hamlet İsaxanlı (1948–)
|
|
Riyaziyyatçı alim, şair, humanitar elmlər üzrə tədqiqatçı; Xəzər Universitetinin təsisçisi.[20]
|
Zahid Xəlilov (1911–1974)
|
|
Azərbaycan SSR-nın dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti.
|
Aslan İsmayılov (1958-)
|
|
Hüquqşünas, 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi.[21]
|
Kamal Talıbzadə (1923–2006)
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tanınmış ədəbiyyatşünas.[22]
|
Asif Hacılı (1960-)
|
|
Bakı Slavyan Universitetinin rektoru (2014-cü ildən), ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[23]
|
Səlahəddin Xəlilov (1952-)
|
|
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.[24][25]
|
Süleyman Qasımov (1961-)
|
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti.[26] 2006-cı ildə "Tərəqqi" medalı, 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.
|
Hərbi xadimlər
|
İsrafil bəy Yadigarov (1815–1884)
|
|
Rusiya Çar Ordusunda xidmət etmiş türk əsilli ilk yüksəkrütbəli hərbçi; general-leytenant.[27]
|
Həsən bəy Ağalarov (1812–1883)
|
|
General-leytenant, Çar Rusiyasının hərbi xadimi.[28]
|
Firudin bəy Vəzirov (1850–1925)
|
|
General-mayor, Çar Rusiyasının hərbi xadimi.[29]
|
Vəli bəy Yadigarov (1897–1971)
|
|
Polkovnik, Çar Rusiyasının hərbi xadimi.[30]
|
Davud bəy Yadigarov (1881–1920)
|
|
Azərbaycan Xalq Cümhuriyyətinin general-mayoru.[31]
|
Əbdülhəmid bəy Qaytabaşı (1880–1920)
|
|
Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.[32]
|
Yusif Ziya Talıbzadə (1877–1923)
|
|
Pedaqoq, siyasətçi, hərbçi (general-mayor).[33]
|
Hacırəhim Məmmədov (1948-????)
|
|
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının keçmiş rəisi.
|
Cavanşir Məmmədov (1953-)
|
|
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru.[34]
|
Zakir Qaralov (1956-)
|
|
Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri.[35]
|
Şair və yazıçılar
|
Abdulla Şaiq (1881–1959)
|
|
Klassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1940).[36]
|
Zəlimxan Yaqub (1950–2016)
|
|
Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005).[37]
|
İncəsənət mədəniyyət xadimləri
|
Rəşid Behbudov (1915–1989)
|
|
Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi.[38]
|
Möhsün Sənani (1900–1981)
|
|
Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti.
|
İbrahim İsfahanlı (1897–1967)
|
|
Aktyor, rejissor, teatr təşkilatçısı, Gürcüstan SSR-in Xalq artisti.[39]
|
Niyazi (1912–1984)
|
|
Azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı.[40]
|
Gövhər Qazıyeva (1897–1960)
|
|
İlk azərbaycanl qadın aktrisa.[41]
|
Xədicə Qayıbova (1893–1938)
|
|
İlk azərbaycanlı qadın pianoçulardan biri.[42]
|
Şövkət Məmmədova (1897–1981)
|
|
İlk peşəkar Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi.[43]. Azərb. SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.[44]
|
Qeysər Kaşıyeva (1893–1972)
|
|
İlk azərbaycanlı qadın pianoçulardan biri, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın.[45]
|
Şəmistan Əlizamanlı (1969–)
|
|
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, mətn oxuyan və aparıcı.[46]
|
Okaber (1987–)
|
|
Azərbaycanlı repçi.[47]
|
Nodar Şaşıqoğlu (1927–2013)
|
|
Dramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın Xalq Artisti.[48]
|
Əli Qurbanov (1898–1962)
|
|
Aktyor, Azərbaycan SSR-nin xalq artisti (1940).[49]
|
Əzizə Məmmədova (1892–1961)
|
|
Aktrisa, Azərbaycan SSR-nin əməkdar artisti (1936).[50]
|
Əsgər İsmayılov (1905–1983)
|
|
Kinooperator, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1964).[51]
|
İdmançılar
|
Kamandar Məcidov (1961–)
|
|
Yunan-roma güləşçisi, 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu.[52]
|
Fərid Mansurov (1982–)
|
|
Yunan-roma güləşçisi, 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, ikiqat dünya çempionu.[53]
|
Zabit Səmədov (1984-)
|
|
Kikboksçu.[54]
|
Ramilə Kaştayeva (1987–)
|
|
Azərbaycan cüdoçusu, cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı,[55] ikiqat Azərbaycan çempionu.[56][57]
|
Aydın Hüseynov (1957–2003)
|
|
Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1998).[58][59]
|
Digərləri
|
Nigar Şıxlinskaya (1878–1931)
|
|
İlk azərbaycanlı şəfqət bacısı. General Əliağa Şıxlinskinin həyat yoldaşı.[60]
|
Dilarə Əliyeva (1929–1991)
|
|
Ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990).
|
Xədicə Əlibəyova (1884–1961)
|
|
|
Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor.[61][62]
|
Ramin Musayev (1963-)
|
|
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.[63][64]
|
Rəhilə xanım Hacıbababəyova (1891–1954)
|
|
Azərbaycanın maarifpərvər qadınlarından biri — Bakıda müsəlman qızlar üçün olan ilk ali-ibtidai məktəbin müdiri.[65]
|
Şəfiqə Əfəndizadə (1883–1959)
|
|
Maarif xadimi, yazıçı, publisist. AXC parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.[66]
|
İsmayıl Ömərov (1954-)
|
|
İctimai Televiziyanın keçmiş rəhbəri (2005–2013).
|
Əflatun Amaşov (1957-)
|
|
Azərbaycan Respublikası dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının Sədri."RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri, Azərbaycan Mətbuat Şurasının sədri.[67]
|
Azər Süleymanov (1967-)
|
|
Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı.[68]
|
|