Gürcüstan Milli Muzeyi ( gürc. საქართველოს ეროვნული მუზეუმი ) Gürcüstanda bir neçə aparıcı muzeyi özündə birləşdirir. Bu şəbəkə daxilində birləşən qurumların idarəetməsinin modernləşdirilməsinə və tədqiqat və tədris fəaliyyətlərinin əlaqələndirilməsinə yönəldilmiş struktur, institusional və hüquqi islahatlar çərçivəsində qurulmuşdur. Muzey 30 dekabr 2004-cü ildə qurulandan bəri professor David Lordkipanidze tərəfindən idarə olunur.
Gürcüstan Milli Muzeyi aşağıdakı muzeylərin rəhbərliyini birləşdirir:
- Gürcüstanın Simon Canaşia Muzeyi, Tbilisi
- Samtsxe-Cavaxeti Tarix Muzeyi, Axaltsixe
- Açıq Hava Etnoqrafiya Muzeyi, Tbilisi
- Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi və onun filialları
- Sovet işğalı muzeyi, Tbilisi
- Dmanisi Muzey-Tarix və Arxeologiya Qoruğu, Dmanisi
- Vani Muzey-Arxeologiya Qoruğu, Vani
- Tbilisi tarixi muzeyi, Tbilisi
- Svaneti Tarix və Etnoqrafiya Muzeyi, Mestia
- Paleobiologiya İnstitutu, Tbilisi [3] [4]
- Siqnaxi Muzeyi, Siqnaxi
Həmçinin bax
İstinadlar
Xarici keçidlər