Gizli qalada üç əclaf (yap. 隠し砦の三悪人) — rejissor Akira Kurosavanın filmi.
Məzmun
Filmin əvvəlində iki bədbəxt kəndli Tahey və Matasiti döyüş meydanından qaçırlar. Evə aparan yolu tapmağa çalışan kəndlilər general Rokurota Makabe ilə rastlaşırlar. O, taxtdan salınmış kral ailəsinin şahzadə xanımını gizli surətdə təhlükəsiz əraziyə köçürmək istəyir. Daha sonra satın alınaraq bir qul alverçisinin karvansarasının həyətində saxlanılan fermer qızı da onlara qoşulur. Çox keçmir ki, kəndlilər də onlara qoşulur. Lakin əvvəlcədən nəzərdə tutulmamış bu hal generalın işlərini çətinliyə salır. Hətta iş o yerə gəlib çatır ki, kəndlilər şahzadənin qızıllarını götürüb aradan çıxmağa çalışırlar. Beşlik ümidsiz halda çətin bir qərar qəbul edirlər. Onlar qızıl dolu yüklərlə düşmən tərəfinə keçirlər. General və şahzadənin isə yeganə məqsədi vətənin keçmiş əzəmətini bərpa etmək və itirilmiş əraziləri geri qaytarmaqdır.
Film haqqında
- Bu film Akira Kurosavanın genişekranlı "TohoSkop" formatında çəkdiyi ilk işidir.
- 2008-ci ildə Yaponiyada bu filmin "Sonuncu şahzadə" adlı rimeyki çəkilmişdir.
Mükafatlar
Berlin kinofestivalı (1959)
- Ən yaxşı rejissor işinə görə "Gümüş ayı" mükafatı – Akira Kurosava
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifləri: Sinobu Hasimoto, Akira Kurosava, Rüdzo Kikusima, Hideo Oquni
- Rejissor: Akira Kurosava
- Operator: Kadzuo Yamasaki
- Bəstəkar: Masaru Sato
- Prodüserlər: Sanedzumi Fudzimoto, Akira Kurosava
Rollarda
- Toşiro Mifune — general Rokurota Makabe
- Misa Uehara — şahzadə Yuki
- Minoru Tiaki — Tahey
- Kamatari Fucivara — Matasini
- Susumu Fudzita — general Hyoe Tadokoro
- Takasi Simura — general İdzumi Naqakura
Xarici keçidlər
Həmçinin bax
|
---|
Filmlər | |
---|
Əlaqəli | |
---|