Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[1][2][…] – 3 oktyabr 1975[3][2][…], VII arondisman[4]) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur.
Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır.
Həyatı
1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.[5]
İstinadlar
Əlavə ədəbiyyat
- Aussaresses, General Paul, The Battle of the Casbah: Terrorism and Counter-Terrorism in Algeria, 1955–1957. (New York: Enigma Books, 2010) ISBN 978-1-929631-30-8.
Lüğətlər və ensiklopediyalar | |
---|
|