Gerd fon Rundştedt (alm. Gerd von Rundstedt ; 12 dekabr 1875[1][2], Aşersleben[d][3] – 24 fevral 1953[1][2], Hannover[3]) — alman hərb xadimi, general-feldmarşal.
Rundşedt Almaniyanın SSRİ-yə hücumu zamanı tərkibində 6-cı, 17-ci, 11-ci alman, 3-cü və 4-cü rumın orduları, 1-ci tank və hərəkətli macar korpusu olmaqla 57 diviziya və 13 briqadadan ibarət "Cənub" qoşunları qrupunun komandanı olmuşdur. Barbarossa planına əsasən, onun ordular qrupu 4-cü hava donanması və rumın aviasiyasının dəstəyi ilə sovet qoşunlarını sağ sahilboyu Ukraynada darmadağın etməli, Dneprə çıxmalı və Şərqə hucumunu başlamalı idi. Norveç və Finlandiya ərazisində almanların Norveç ordusu və 2 fın ordusu - cəmi 21 diviziya və 3 briqada, 5-ci alman hava donanması və fin aviasiyasının dəstəyi altında yerləşmişdi.
İstinadlar
- ↑ 1 2 3 4 Gerd von Rundstedt // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Gerd von Rundstedt // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118939327 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.