Georgi Şxvaçabaya

Georgi Yakovleviç Şxvaçabaya
gürc. გიორგი იაკობის ძე შხვაცაბაია
Doğum tarixi 12 noyabr 1904(1904-11-12) və ya 1904[1]
Vəfat tarixi 17 mart 1993(1993-03-17) və ya 1993
Dəfn yeri
  • Saburtalo panteonu[d]
Milliyyəti gürcü
Elmi dərəcəsi
Təhsili
Mükafatları "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Georgi Yakovleviç Şxvaçabaya(gürc. გიორგი იაკობის ძე შხვაცაბაია;12 noyabr 1904 və ya 1904[1]17 mart 1993 və ya 1993) — Sovet alimi, kənd təsərrüfatı istehsalının mexanizasiyası sahəsində görkəmli mütəxəssis, çayçılıqda "kiçik mexanizasiya"nın tətbiqinin öncülüdür.[2] Texnika elmləri doktoru (1949), professor (1951), Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının müxbir üzvü (1956).

Həyatı

Georgi Şxvaçabaya 1904-cü ildə Kutaisidə anadan olub. 1930-cu ildə Tbilisi Dövlət Universitetini, 1934-cü ildə isə aspiranturanı bitirib.

1935–1941-ci illərdə o, Moskva Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda elmi işçi olub.

Georgi Şxvaçabaya 1941-ci ildən Gürcüstan Kənd Təsərrüfatı İnstitutunda işləyib. Kənd təsərrüfatı maşınları kafedrasının dosenti (1941–1951) olub. O, kombaynlar şöbəsinin müdiri kimi də çalışıb (1951–1992).

1957–1964-cü illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının vitse-prezidenti vəzifəsində işləmişdir.

Elmi fəaliyyəti

Mexanik ölçü alətləri dəstinin yaradıcısıdır. O, dartma və fırlanan dinamoqraflar və iş sayğacları, enerji ölçən maşın, avtomatik şırım test cihazı və əkin alətləri üçün şırım yazıcısı və s. kimi mühüm kənd təsərrüfatı qurğularını icad etmişdir.

O, digərləri ilə yanaşı, traktor mühərriklərinin əsas enerji parametrlərinin diaqnostikasının müəyyən edilməsi ilə də məşğul olmuşdur. Georgi Şxvaçabaya tərəfindən tərtib edilmiş dinamoqraflar hələ də Gürcüstan və qonşu ölkələrdə istifadı edilir.

O, çayçılıqda "kiçik mexanizasiya"nın tətbiqinə öncülük etmişdir. Onun rəhbərliyi altında 8 mindən çox əl ilə çay yığan və kəsən maşın hazırlanıb istehsala daxil edilmiş, çay yığımı texnologiyalarının nəzəri əsaslarının işlənib hazırlanmasında iştirak etmişdir. CHA-900 özüyeriyən çay yığan maşının iş sürətinin artırılması üzrə tədqiqatlar aparmışdır.

Elmi işləri

Yüzə yaxın elmi əsərin, o cümlədən üç monoqrafiyanın, beş dərsliyin, iyirmi dərs vəsaitinin və broşürün müəllifidir. Bir sıra əsərləri xaricdə çap olunub. Müəlliflik hüququ şəhadətnaməsi və ixtira patentlərinə malikdir. Kənd təsərrüfatı üzrə elmi məqalə və jurnallarda hələ də onun ixtira, kəşfləri və elmi tədqiqatlarına istinad olunur.

Əsas elmi işləri:[3]

  • Ölçmə vasitələri / Gürcüstan SSR Kənd Təsərrüfatı Nazirliyi. — Tbilisi: Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun nəşriyyatı, 1959 .-- 31 s.
  • Torpaq-aqrokimyəvi analizlər üçün nümunələr hazırlamaq üçün daşınan dəyirman / SSRİ Kənd Təsərrüfatı Nazirliyi. Gürcüstan Kənd Təsərrüfatı İnstitutu. — Tbilisi, 1965 .-- 8 s.
  • Traktorların və kənd təsərrüfatı maşınlarının sınaq və tədqiqində cihazları və onların tətbiqi üsulları. — Tbilisi: Metsniereba, 1967 .-- 238 s.
  • Kənd təsərrüfatı maşınlarının və aqreqatların enerjisini öyrənmək üçün yeni ölçü alətləri. — Tbilisi, 1970 .-- 93

Mükafatları

İstinadlar

  1. 1 2 გიორგი შხვაცაბაია // საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
  2. Е.Н. Капитонов — История сельскохозяйственного машиностроения России Arxivləşdirilib 2016-02-22 at the Wayback Machine, Издательство ГОУ ВПО ТГТУ, Тамбов, 2010
  3. Арженовский А.Г. — Совершенствование методики и средств определения энергетических параметров двигателей тракторов в эксплуатационных условиях Arxivləşdirilib 2014-04-20 at the Wayback Machine // Автореферат диссертации по процессам и машинам агроинженерных систем, Зерноград, 2004

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!