Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944[1][2]) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri.
Həyatı
Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Nəticələri
Gennadi Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib.
İstinadlar
| |
---|
Foto, video və audio | |
---|
Tematik saytlar | |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|