Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur.[1][2][3]
Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər.[4][5][6] Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur.[7]
Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər.
Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur:
Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş)
Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron)
Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı
Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı
Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir.
Gender kimliyi
Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.
Transgender
İdentikliyin və təcrübənin geniş diapozonunu təsvir etmək üçün çox zaman istifadə edilən ümumi bir termindir. Bu termin adətən gender kimliyi doğum zamanı təyin edilmiş cinsdən fərqli olanlara və gender kimliyini doğum zamanı təyin olunan cinsdən fərqli şəkildə göstərmək istəyən şəxslərə aiddir.
Cinsi oriyentasiya
Kişilərə, qadınlara, və ya heç birinə göstərilən emosional və cinsi marağı təsvir edir. Cinsi oriyentasiya gender kimliyi ilə əlaqəli deyil.[8]
Gender əsaslı zorakılıq
Zorakılıq insana psixoloji, sosial və iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərərin vurulmasından ibarət nəzarət və əziyyət vasitəsidir.
Azərbaycan kontekstində qızlar və qadınlara qarşı törədilən zorakılıq halları nəzərdə tutulur.
Ümumiyyətlə gender əsaslı zorakılıq qadının cəmiyyətdəki tabe olunmuş mövqeyini təsdiqləmək üçün istifadə edilən vasitədir.
Gender əsaslı zorakılıq yalnız qadınları narahat edən bir mövzu deyil, eyni zamanda kişilər də gender əsaslı zorakılıqdan əziyyət çəkir.
↑Kevin L. Nadal, The SAGE Encyclopedia of Psychology and Gender (2017, ISBN1483384276), page 401: "Most cultures currently construct their societies based on the understanding of gender binary—the two gender categorizations (male and female). Such societies divide their population based on biological sex assigned to individuals at birth to begin the process of gender socialization."
Hayat, T.; Lesser, O.; Samuel-Azran, T. "Gendered discourse patterns on online social networks:a social network analysis perspective". Computers in Human Behavior. 77. 2017: 132–159. doi:10.1016/j.chb.2017.08.041.