Günəş dil nəzəriyyəsi


Günəş Dil Nəzəriyyəsi (türk. Güneş Dil Teorisi) — türkcənin dünya tarixindəki ilk dillərdən biri olduğunu müdafiə edən dilçilik nəzəriyyəsi. Nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk tərəfindən dəstəklənildi və inkişaf etdirildi[1], ancaq dilçilər tərəfindən qəbul edilmədi və qısa müddətdə əhəmiyyətini itirdi.[2]

Keçmişi

1935-ci ildə “Ulus” qəzetində dillərin mənşəyi problemi ilə bağlı qeydlərimizi izah edən izahat başlığı ilə imzasız məqalələr dərc olundu. 14 noyabr 1935-ci ildə məqalələr “Etimologiya, morfologiya və fonetika baxımından türk dili” adlı kitab halına salındı. TDK-nın baş katibi İbrahim Nəcmi Dilman, Tahsin Mayatəpəklə yazışmalarında bu qeyd və açıqlamaların Atatürkə aid olduğunu, lakin "özləri adlarının açıqlanmasını istəmədikləri üçün" imzasız yayımlandığını açıqlayır.[3] Bu qeydlərin hazırlanmasında rus dilçisi Pekarskinin, fransız Hilari de Barentonun və B. Karra de Vauxun əsərlərindən istifadə edilmişdir. Nəcmi Dilmanın məktubunda Atatürkün yazdığı söylənilən "Etimologiya, Morfologiya və Fonetika Aspektində Türk Dili" adlı kitabda, Serb əsilli Avstriyalı dilçi Fəl. dr. Hermann Feodor Kvergiçin nəşr olunmamış 41 səhifəlik fransızca “Türk Dillərində Bəzi Elementlərin Psixologiyası” (Fransızca:La Psychologie de Quelques Éléments des Langues Turques) adlı əsərindən də yararlandığı bildirilir.[4]

Bu tezis müəllifi tərəfindən 1935-ci ildə Vyanadan əvvəl Türk Dil Qurumundan Ahmet Cevat Emreyə göndərilmişdir. Emrenin dəyərsiz hesab etdiyi məktubuna cavab ala bilməyən Kvergiç bu dəfə əsərini birbaşa Atatürkə göndərir.[5] Nəzəriyyədəki əsas ideya Atatürk tərəfindən hazırlanmış və təqdim edilmişdir.

Günəş Dili Nəzəriyyəsi 1930-cu illərdə Atatürk tərəfindən dəstəklənmiş, Türk Dili Araşdırma Cəmiyyətinin təşkil etdiyi 3-cü Dil Qurultayında iştirakçılar tərəfindən müzakirə edilmiş və hətta konqres hesabatında iştirakçı dilçilər tərəfindən araşdırılmaya təşviq edilmişdir. İbrahim Nəcmi Dilman 1938-ci ildə Atatürkün ölümündən sonra Ankara Universitetində Günəş-Dil nəzəriyyəsi mövzusunda mühazirələrini bitirdi. Tələbələri bunun səbəbini soruşduqda o, “Günəş öləndən sonra onun nəzəriyyəsi necə qala bilərdi?” deyə cavab vermişdi.[6]

1990-cı illərdə bəzi yazıçılar tərəfindən Türkiyə Cümhuriyyətinin quruculuq prinsipləri, ilk illərdəki hərəkətləri və Atatürk Prinsipləri ilə bağlı Günəş-Dil Nəzəriyyəsi araşdırmalarından nümunə götürərək rəsmi dövlət ideologiyasının və etnik mənsubiyyətinin inkarı kimi tərif və şərhlər vermişlər.[7][8] Bu məqsədlə Atatürkün dəstəklədiyi Günəş-Dil Nəzəriyyəsi və Türk Tarixi Tezisləri haqqında ağılasığmaz söhbətlər uydurulduğu, Atatürkün “cəfəngiyatlara inanan biri” kimi göstərmək istədikləri yazılıb. Bunların Atatürk islahatlarını və onların təsirlərini tənqid etmək məqsədi daşıyan qəsdən nəşrlər olduğu və postmodernist dalğanın təsiri altında hazırlandığı iddia edilir.[9]

Nəzəriyyənin məzmunu və siyasi məqsədləri

Hermann Kvergiçin nəzəriyyəsinin əsas ideyası “Türk dili dünyada əsas dillərdəndir və dünya dillərindəki bir çox söz türkcədən törəmədir” idi. Günəş Dil Nəzəriyyəsinin tarixdə oynadığı rol Atatürk islahatlarını anlamaq üçün vacibdir. Ümmətdən millətə keçid prosesində olan və Qərb qarşısında özünü aşağılanmış hiss edən türk millətinə özünə inam aşılamaq Nəzəriyyənin məqsədlərindən biri kimi görülürdü. Nəzəriyyə Atatürk islahatlarının məhv etdiyi nizamla və Avrosentrik tarix nəzəriyyələriylə razılaşmaq cəhdi kimi qəbul edilir. Atatürk Türk Tarixi Tezisini dəstəkləmək üçün Kvergiçin fərziyyəsinin inkişaf etdirilməsini istəyirdi. Çünki ona güvənən, hörmət edən bir xalqın şüurunu oyatmaq istəyirdi. Avropa tarixçilərinin türkləri aşağılamalarına cavab olaraq “Türk dili Daş-Mədən dövründə köç yolu ilə dünya dillərinə mədəniyyət sözlərini yayan böyük qədim mədəniyyət dilidir” mesajı veriləcək.[10]

Həmçinin bax

İstinadlar

  1. Lewis, Geoffrey, aynı eser, erişim tarihi 28 yanvar 2009 Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine  (fr.)
  2. La théorie du langage-soleil et sa place dans la réforme de la langue turque (Güneş Dil Kuramı ve Türk dil reformundaki yeri), Arxivləşdirilib 2019-11-11 at the Wayback MachineErik-Jan Zürcher, s. 87, 1 dekabr 2007 (fr.)
  3. Kemal Şenoğlu, Mayatepek Raporları, Türk Tarih Tezi ve Mu Kıtası, 2006, ISBN 975-343-473-1, Kaynak Yayınları
  4. Age, Şenoğlu, Ek-2:Etimoloji, Morfoloji ve Fonetik Bakımından Türk Dili
  5. Age, Zürcher, s.88  (fr.)
  6. Geoffrey Lewis, The Turkish language reform: A catastrophic success, 11 Şubat 2002
  7. Paradigmanın İflası, Resmi İdeolojinin Eleştirisine Giriş, Fikret Başkaya, 1991, ISBN 975-8449-16-8
  8. Türk Tarih Tezi, Güneş-Dil Teorisi ve Kürt Sorunu, İsmail Beşikçi, 1991
  9. Türk tarih tezi ve Mu kıtası, Kemal Şenoğlu, ISBN 975-343-473-1
  10. Meydan Larousse, Büyük Lugat ve Ansiklopedi, Güneş Dil Teorisi maddesi

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!