Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Gülbəddin Hikmətyar (puşt.ګلبدین حکمتیار; fars.گلبدین حکمتیار; 1 avqust1949[1]) — Əfqanıstanlı siyasətçi və komandan. Əfqanıstanın ən böyük silahlı müxalifəti olan "Hizbul-İslami"nin yaradıcısı. Əfqanıstanın keçmiş baş naziri.
Həyatı
Hikmətyar 1937-ci ildə [2] puştu qəbiləsinin haruti klanından (Gilzəi) olan iri torpaq mülkiyyətçisinin ailəsində Vartaboz qışlağında [3] anadan olub. 1956-cı ildə gənc Hikmətyar ibtidai məktəbə, 1961-ci ildə isə Kabulda hərbi peşə məktəbinə daxil olub, lakin 1964-cü ildə hərbi məktəbdən xaric edilib. Bundan sonra o, Kunduza gedir və burada təhsilini aristokrat liseydə davam etdirir. 1970-ci ildə Kabul universitetində mühəndislik fakültəsinə daxil olmuş, amma təhsilini başa çatdıra bilməmişdi. Kabul universitetində təhsil aldığı müddətdə o "Müsəlman qardaşlar" tərəfdarları qrupu ilə tanış oldu və 1967-ci ildən 1972-ci ilə qədər islamçıların bir neçə nümayişində iştirak etdi. Hikmətyar həmin dövrlərdə Tələbə Şurasında fəal iştirak edir, ideyalar yayır, amma hələ də Tələbə şurasının rəhbərliyinə seçilə bilməmişdi. 1972-ci ildə Hikmətyar "Müsəlman Qardaşlığı"nın digər iki üzvü ilə şah ailəsi və əfqan aristokratiyası ilə bağlı təhqiramiz ifadələr işlətməkdə və tələbələrin iki qarşıduran siyasi qruplaşmasında baş vermiş hərəkatın gedişində həlak olmuş maoçu təşkilatın üzvü Saydal Soxandan adlı bir kimsənin qətlindən ittiham olunaraq bir il yarım həbs cəzası aldı. O, həbsdən 1974-cü ilin yanvarında çıxdı.