"Fənərbaxça" 6–0 "Qalatasaray" — Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində 2002-ci ilin 6 noyabrında baş tutmuş və "Fənərbaxça"nın 6–0 "Qalatasaray" üzərində 6–0 üstünlüyü ilə başa çatan oyun. Oyun Mustafa Çulcunun hakimliyi ilə Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynanmışdır. Bu oyunla "Fənərbaxça" "Qalatasaray" üzərində ən böyük hesablı qələbəsini qazanmışdır.[1]
Qitələrarası derbi adlandırılan bu oyunda "Fənərbaxça"nın qollarına Tuncay Şanlı, Ariel Orteqa, Serhat Akın (2), Ceyhun Əriş və Ümit Özat atmışdır. Oyunun 57-ci dəqiqəsində Ariel Orteqa, 84-cü dəqiqəsində Əmrə Aşık qırmızı kart görmüşdür.
Bu oyun Türkiyə Super Liqasının 6-cı turunun keçirildiyi 22 sentyabr 2002-ci il tarixində baş tutmalı idi, lakin həm "Fənərbaxça"nın UEFA Kubokunda "AİK" ilə, həm "Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Lokomativ" Moskva və "Barselona"ya qarşı oyunlarına qarşı 6 noyabra ertələnmişdir.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!