Fyodor Çeskonov

Fyodor Çeskonov
erz. Фёдор Маркелович Чесновковонь
rus. Фёдор Маркелович Чесноков
Doğum tarixi 7 may 1896(1896-05-07)
Doğum yeri
Vəfat tarixi 25 may 1938(1938-05-25) (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi, nasir, dramaturq
Fəaliyyət illəri 1922–1938
İstiqamət sosialist realizmi

Fyodor Çeskonov (tam adı: Fyodor Markeloviç Çeskonov, erz. Фёдор Маркелович Чесновковонь, rus. Фёдор Маркелович Чесноков; 7 may 1896, Pılkovo[d], Penza quberniyası[d], Rusiya imperiyası25 may 1938, Saransk) — erzyan əsilli SSRİ yazıçısı, romançısı, dramaturqu, ədəbi tənqidçisi, Birinci Dünya müharibəsiRusiyada vətəndaş müharibəsi iştirakçısı. O, Mordoviya ədəbiyyatının qurucularından biri olmuşdur.

Həyatı

Fyodor Markeloviç Çeskonov 7 may 1896-cı il tarixində Rusiya imperiyasının Saratov quberniyasının Petrovsk mahalının Pılkovo kəndində, bir kəndli ailəsində anadan olmuşdur. O, həmin kəndin yerli məktəbindən məzun olmuşdur.

Birinci Dünya müharibəsində Rusiya İmperator Ordusuna qoşularaq almanlara, Rusiyada vətəndaş müharibəsi zamanı isə Qızıl Orduya qoşularaq Çar qüvvələrinə qarşı vuruşmuşdur.

Müharibə sona çatdıqdan sonra Çeskonov özünü Mordoviya xalqına kommunizmi öyrətməyə və müasir Mordoviya mədəniyyətini qurmağa həsr etdi. 1922-ci ildə o, Moskva şəhərinə köçmüş və ali təhsil almışdır. 1924-cü ildə Çeskonov Qızıl Professorlar İnstitutunun Ədəbiyyat Fakültəsindən məzun olmuşdur.

Çeskonov 1932-ci ilə qədər SSRİ Xalqlarının Mərkəzi Nəşriyyat Evinin (Tsentrizdat) Mordoviya bölməsində redaktor kimi işləmişdir.

Moskva şəhərində yaşadığı dövrdə Çeskonov görkəmli Mordoviya alimləri olan A. Ryabov və T. Danilov ilə birlikdə Mordva dilində dərs keçən məktəblər üçün dərs kitabları hazırlayırdı. O həmçinin, «Yakstere teşte» (erz. «Якстере теште», azərb. «Qızıl ulduz»‎) qəzetində redaktor kimi çalışmışdır. O, 1933-cü ildən Saransk şəhərindəki Mordoviya Mədəniyyəti Tədqiqat İnstitutunun Ədəbiyyat Sektorunun baş tədqiqatçısı kimi işləmişdir.

1934-cü ildə Ümumittifaq Sovet Yazıçılarının Birinci Qurultayında deleqat olmuşdur. O, burada Mordoviya ədəbiyyatı barədə hazırladığı raportu təqdim etmişdi.

Fyodor Markeloviç Çeskonov 1938-ci ildə repressiyaya məruz qalmış və edam olunmuşdur. 1956-cı ildə Sov.İKP XX Qurultayının aldığı qərarla bəraət qazanmışdır.

Yaradıcılığı

Çeskonov ilk əsərini 1922-ci ildə nəşr etmişdir. Onun «Sıre uçitel» (erz. «Сыре учитель», azərb. «Qoca müəllim»‎) adlı hekayəsi SSRİ hakimiyyətinin ilk illərində yaşayan kənd müəlliminin düşüncələrindən bəhs edir. Tezliklə o, çoxlu hekayə kolleksiyaları və esselər nəşr etmişdir: «Veles yavovs» (erz. «Велесь явовсь», azərb. «Kənd ayrıldı»‎, 1926), «Liya kiyava» (erz. «Лия киява», azərb. «Başqa bir yol»‎, 1927), «Vasen tolt» (erz. «Васень толт», azərb. «İlk atəşlər»‎, 1932), «Seçilmiş hekayələr» (rus. «Избранные рассказы») (1959), «Yeni çağın gurultusu» (rus. «Гул нового времени», 1974) və s.

O, hekayələr, esselər, səyahət qeydləri, pyeslər və başqa ədəbi əsərlər yazırdı.

Onun əsərlərindəki qəhrəmanlar işçi təbəqənin nümayəndələri idi və əsərlərinin əsas mövzuları inqilab, vətəndaş müharibəsi, kollektivləşmə, təbəqələrarası mübarizə, kommunist hakimiyyətinin təsis edilməsi, dini qalıqlara qarşı mübarizə və mədəni inqilab idi.

Çeskonov əsərlərində həqiqətə uyğunluq əldə etmək üçün arxiv sənədlərindən və özünün gördüklərindən istifadə edirdi.

Fyodor Çeskonov Mordoviya ədəbiyyatında dram janrının formalaşmasında böyük rol oynamışdır.

1924-cü ildə Moskva şəhərində "Tsentrizdat"da E. Okin və T. Vasilyevin əməkdaşlığı ilə nəşr edilmişdir. Bu kolleksiyaya «Erzyan pyesat» (erz. «Эрзянь пьесат», azərb. «Erzyan pyesi»‎), «Kavto kilyava» (erz. «Кавто киява», azərb. «İki yol»‎), «A mon kedenze palın» (erz. «А мон кедензэ палынь», azərb. «Mən onun əlini öpdüm»‎), «Roki tuvo» (erz. «Роки туво», azərb. «Xoruldayan donuz»‎), «Veluv» (erz. «Велув», azərb. «Birgə»‎), «Barşinan şkasto» (erz. «Барщинань шкасто», azərb. «Biyar vaxtlarında»‎), «Kaldorqaut taşto kaytne» (erz. «Калдоргауть ташто кайтнэ», azərb. «Pisləşən köhnə həyat»‎) daxildir. Bu əsərlər inqilabdan sonrakı SSRİ-ni təsvir edirdi.

Onun dram janrındakı əsərlərində dövrün aktual və kəskin problemlər və konfliktlər üzə çıxarılırdı. Onun əsərləri əhəmiyyətli sosial problemlərin işıqlandırılması, konfliktlərin ciddiyyətliyi və dərin psixologizmi ilə xarakterizə edilirdi. O, uşaqlar üçün nəzərdə tutulmuş bir neçə əsərin də müəllifidir.

Çeskonovun Mordoviyanın ədəbi və yaradıcı tənqidinin inkişafında böyük rolu olmuşdur. Onun cəsarətliliyi, obyektivliyi və əhəmiyyəti «Avol ansyak kastano» (erz. «Аволь ансяк кастано», azərb. «Yalnız böyüməklə deyil»‎, 1931), «Mokşerzyan dramaturgiyadont» (erz. «Мокшэрзянь драматургиядонть», azərb. «Mordoviya dramaturgiyası haqqında»‎, 1934) və «Erzyan folklordont» (erz. «Эрзянь фольклордонть», azərb. «Erzyan folkloru haqqında»‎, 1934) məqalələri ilə seçilir.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!