Fyodor İvanoviç Buslayev (rus. Фёдор Ива́нович Бусла́ев) (25.4.1818, Penza vilayətinin indiki Vadinsk kəndi –12.8.1897, Moskva ətrafındakı Lublino qəsəbəsi) — rus filoloqu və incəsənət tarixçisi. Peterburq Elmlər Akademiyasının akademiki (1860).[1]
Həyatı
Moskva Universitetini bitirmiş (1838), həmin Universitetdə professor (1859–81), rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Rus dilinin tarixi, qədim rus ədəbiyyatı, şifahi xalq yaradıcılığına dair əsərlərin müəllifidir. Rus dilinin tədqiqində müqayisəli-tarixi metodun tərəfdarı kimi çıxış etmişdir.[1]
Fəaliyyəti
Qədim rus və slavyan əlyazmalarının filoloji tədqiqatını aparmış və onları nəşr etdirmişdir. Buslayev 1840–60-cı illərdə yazdığı elmi əsərlərində rus mifoloji məktəbinin ən görkəmli nümayəndəsi kimi mifdə xalq yaradıcılığının dərin köklərini görmüş, onun linqvistik bərpasına çalışmışdır ("Rus xalq ədəbiyyatı və incəsənətinin tarixi oçerkləri". ).[1]
1870-ci illərdə bu baxışlardan uzaqlaşmış və alman sanskritoloqu T. Benfeyin ideyalarına əsaslanaraq Avropanın bir sıra folklor süjetinin Şərqdən qaynaqlandığını göstərmişdir ("Səyyah povestlər və hekayələr", 1874). Rus və Qərbi Avropa rəngkarlığı, ikonoqrafiyası, miniatür və ornament sənətinin tarixinə dair tədqiqatların müəllifidir.[1]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər