Fuad İbrahimbəyov

Fuad İbrahimbəyov
Fuad Əhməd oğlu İbrahimbəyov
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Təhsili Azərbaycan Dövlət Universiteti

Fuad Əhməd oğlu İbrahimbəyov - ilk eksperimental psixoloji laboratoriyanı yaratmış pisxoloq.

Bioqrafiya

Fuad İbrahimbəyov (tam adı: Fuad Əhməd oğlu İbrahimbəyov) — psixoloq. 1901-ci il dekabrın 29-da Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir.

Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə- işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925-ci ildə tibb fakültəsini bitirmişdir.

Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926-cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə-profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır. Ali məktəbdə işlədiyi ilk günlərdən başlayaraq Fuad İbrahimbəyov özünün elmə və onun tədrisinə ciddi münasibət bəsləməsini büruzə vermişdir. Psixologiya elmini dərindən öyrənmək və onu yüksək elmi – metodiki səviyyədə tədris etmək məqsədilə o, 1926-cı ildə respublikada ilk eksperimental psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. Beləliklə də gənc müəllim ali məktəbdə elmi-pedaqoji fəaliyyətə başladığı ilk gündən normal və patoloji psixologiyanı birgə öyrənmişdir ki, bu da onun tədqiqatlarının məhsuldarlığına təsir göstərmişdir. Gərgin əmək, inadkar axtarışlar da öz bəhrəsini vermiş və ona görə də artıq 1931-ci ildə Fuad İbrahimbəyova VII Beynəlxalq psixotexnika konfransının tribunasından çıxış etmək nəsib olmuşdur.

Sonrakı illərdə Fuad İbrahimbəyov yorulmadan ciddi elmi-tədqiqat işləri aparmış, pedaqoji kadrlar hazırlanmasında iştirak etmişdir. Onun gərgin əməyi bəhrəsiz qalmamışdır. 1933-cü ildə ona psixologiya üzrə pedaqoji elmlər namizədi elmi dərəcəsi və psixologiya kafdrası üzrə dosent elmi adı, 1939-cu ildə isə tibb elmləri namizədi elmi dərəcəsi və psixiatriya kafedrasının dosenti elmi adı verilmişdir.

Ali məktəbdəki elmi-pedaqoji fəaliyyəti ilə yanaşı Fuad İbrahimbəyov insanların sağlamlığını qorumaq işini də davam etdirmişdir. Böyük Vətən müharibəsi illərində o, psixiatrik ekspert komissiyasının sədri və Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatoru vəzifəsində çalışmışdır. Ömrünün axırlarına qədər Bakının psixiatriya müəssisələrində məsləhətçi olmuşdur. 60 illik elmi axtarış dövründə F.Ə. İbrahimbəyov psixologiya psixologiya elminə 80-dən artıq orijinal əsər bəxş etmişdir ki, bunların 50-dən çoxu azərbaycan, rus, fransız və ingilis dillərində çap olunmuşdur. Hər bir elmin yayılmasında, tələbələrin və geniş oxucu kütləsinin malı olmasında dərslik və dərs vəsaitlərinin əvəzolunmaz rolu vardır. Bu cəhəti nəzərə alan F. Ə. İbrahimbəyov respublikamızın ali məktəblərinin tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasının da qayğısına qalmışdır.

O, hələ 1935-ci ildə K. N. Kornilovun "Psixologiya" dərsliyinin Azərbaycan dilinə tərcüməsinin, sonra psixopatalogiya üzrə dərs vəsaitinin elmi redaktoru olmuşdur. 1964-cü ildə ümumi psixologiya üzrə nəşr olunmuş və hal-hazıra qədər respublikamızın pedaqoji institutlarında istifadə olunan dərsliyin ən çətin, mürəkkəb fəsilləri olan "Psixikanın inkişafı" və "Temperament" fəsilləri onun tərəfindən yazılmışdır.

Elmi fəaliyyəti

Fuad İbrahimbəyovun elmi yaradıcılığına nəzər salarkən böyük iftixar hissi ilə demək olar ki, psixologiya elminin bir sıra ən vacib sahələrinin republikamızda inkişafı məhz onun adı ilə bağlıdır. Eksperimental psixologiyanın inkişafı da məhz belə sahələrdən biridir. Belə ki, əsrimizin əvvəllərində dünya psixologiyasında eksperimental tədqiqatlara geniş yer verildiyi, psixoloji tədqiqatlarda testlərdən, texniki vasitələrdən geniş istifadə edildiyi halda Azərbaycanda daha çox köhnə üslubda yazılmış psixoloji ədəbiyyatlar diqqəti cəlb edirdi. Psixologiya elminin yeni istiqamətdə inkişafına təkan vermək üçün Fuad İbrahimbəyov 1926 – cı ildə Ali Pedaqoji İnstitutda ilk eksperimental psixologiya laboratoriyasını təşkil edir. Həmin laboratoriya nəinki psixoloji cihazlarla zəngin təchiz edilmişdir, həm də orada zəngin mütəxəssislər cəmləşmişdi, ən əlamətdar cəhət odur ki, Fuad İbrahimbəyov o dövr üçün bütün dünyada geniş yayılmış "Bine – Simon" testlərini dərindən təhlil etmiş və onları milli xüsusiyyətlərə uyğunlaşdırmışdır. Belə bir əməliyyat özünün həqiqi dəyərini on illərdən sonra ala bilmişdir. Belə ki, məşhur psixoloq Filipp Vernon 70 – ci illərdə qeyd etmişdir ki, milli mədəniyyətdən, etnik xüsusiyyətlədən xali olan testlər yoxdur və ola da bilməz.

Psixologiya laboratoriyasında eksperimental psixologiyada tətbiq olunan bir sıra metodlar yerli şəraitə uyğun olaraq yaradıcı surətdə yenidən işlənmişdir. Bu da respublikada bir sıra yeni eksperimental metodların hazırlanmasına imkan vermişdir. Təsadüfi deyildir ki, 1931 – ci ildə F. İbarahimbəyov VII Beynəlxalq konfransda intellektin tədqiqi ilə əlaqədar öz orijinal metodikasının təqdim etmişdir. Həmin metodika mütəxəssislərin diqqətini xüsusi olaraq cəlb etmişdir. Həmin dövrdə F. İbrahimbəyovun hazırladığı psixoloji tədqiqat metodları sonrakı dövrlərdə geniş tətbiq olunmuş və bir sıra tədqiqat işlərinin eksperimental əsasını təşkil etmişdir. Xüsusən də F. İbrahimbəyovun 50 – ci illərdə bilinqvizmin (2 dil öyrənmənin) psixologiyası ilə əlaqədar işləyib hazırladığı tədqiqat metodikası çox geniş yayılmış və ciddi praktik əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, həmin metodikadan müvəffəqiyyətlə istifadə edərək respublikamızda onlarla mütəxəssiz namizədlik dessertasiyası yazmış, bununla da xüsusi psixoloji məktəb formalaşmışdır.

Digər bir mühüm cəhət odur ki, Fuad İbrahimbəyovun yalnız eksperimental psixologiya sahəsində deyil, eyni zamanda elmin başqa sahələri üzrə yerinə yetirdiyi işlər respublikamızda bir sıra mütəxəssislərin taleyində mühüm rol oynamış, xüsusi psixoloji məktəblərin formalaşmasına imkan vermişdir. (Ə. S. Bayramov – BDU)

F. Ə. İbrahimbəyovun elmi fəaliyyəti çoxsahəlidir, geniş diapazona malikdir. Bu genişlik onun böyük erudisiyaya malik olmasından irəli gəlir. Onun elmi axtarış dairəsi psixoloji tədqiqat metodikasını, şüurun, şəxsiyyətin, təfəkkürün və nitqin, bilinqvizmin, əmək psixologiyasının, patoloji psixologiyanın, sosial tarixi psixologiyanın, psixologiya tarixinin, psixolinqvistikanın bir sıra problemlərini, eləcə də psixoloji terminologiya məsələlərini əhatə edir.

F. Ə. İbrahimbəyovun işləyib hazırladığı "Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası", "Əqli funksiyaların tədqiqi metodları" və "Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu" 1930 – cu ildə Leninqradda keçirilən insan davranışı üzrə I Ümumittifaq qurultayında və VII Beynəlxalq psixotexniki konfransda müzakirə olunmuş və yüksək elmi dəyərə malik olan işlər kimi məsləhət görülmüşdür. Onun "Milli testlər problemi haqqında" əsəri ölkənin sənayeləşdirilməsi illərində peşə orientasiyası və peşəseçmə məsələlərinin həllində böyük rol oynamışdır.

F. Ə. İbrahimbəyovun tarixi psixologiya sahəsində apardığı tədqiqatlar onun sosial psixologiya, şüurun inkişafı və şəxsiyyətin təkamülü üzrə öyrəndiyi problemlərlə əlaqələnmişdir. Arxeoloji, etnoqrafik faktları, eləcə də klassik Azərbaycan ədəbiyyatı əsərlərini tarixi psixologiyanın və psixologiya tarxinin mənbəyi kimi nəzərdən keçirməklə, o, eyni zamanda şüurun genişlənməsi, şəxsiyyətin sonrakı təkamülünün onun tarixən dəyişməsi əsasında öyrənilməsi ideyasını irəli sürmüşdür. Onun sosial psixologiya ilə tarixi psixologiyanı birgə öyrənmək sahəsindəki tədqiqatları "Multikultural çarpazlaşma və psixikanın inkişafı" adlandırdığı problemə gətirib çıxarmışdır.

Bu qocaman alimin elmi yaradıcılığında əsas yerlərdən birini institutumuz üçün əsas problem olan bilinqvizim psixologiyası problemi olmuşdur. Psixoloji və linqvistik nəzəriyyə, eləcə də rus dili və xarici dillərin tədrisi metodikası üçün zəruri olan bu problemə onun 20 – yə qədər əsəri, elmi məruzəsi və məlumatı həsr olunmuşdur.

1931 – ci ildən başlayaraq bir – birinin ardınca onun Bakıda, Moskvada, Leninqradda, Tbilisidə, Yerevanda, Alma – Atada, Daşkənddə, Amsterdamda, Londonda, Tokioda əsərləri çap olunmağa başlayır. Bunlardan "Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında", "İkidillik, onun strukturu və fərdi tipologiyası", "Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında", "Dili hiss etmə haqqında", "Bilinqvizm zamanı nitqin qavranılması" və başqalarını göstərmək olar.

F. Ə. İbrahimbəyovun bütün bu tədqiqatları psixologiyasında mühüm bir cəhətə - bilinqvizmin fərdi şüurunda formalaşması və fəaliyyət göstərməsinin psixoloji mexanizmləri barədə əsaslı nəzəriyyənin hazırlanmasına kömək etməyə yönəlmişdir. Onun tədqiqatları mühüm nəzəri müddəalarla zəngin olması ilə yanaşı böyük praktik əhəmiyyət də daşımışdır. Bacarıqlı alimin əsərlərində rus dili və xarici dillərin tədrisinin səmərəliliyini artırmağa kömək edən sanballı təklif və mülahizələr irəli sürülmüş və buna görə də bu sahədə çalışan müəllim və metodistlərin fəaliyyətində öz əksini tapmışdır.

F. Ə. İbrahimbəyovu təkcə respublikamızın deyil, keçmiş ittifaqın respublikalarının mütəxəssisləri görkəmli psixoloq kimi tanıyır və onu yüksək qiymətləndirirlər. Buna o, öz qələmi, zəkası, insanlarla qarşı münasibəti, qayğıkeşliyi ilə nail olmuşdur. Onunla bir dəfə görüşən adam ayrılmaq istəmir, onu dinləməkdən həzz alırdı. Ayrıldıqda isə bir daha, bir daha görüşmək istəyir, buna can atırdı. Ona görə də Fuad İbrahimbəyovu bütün elmi məclislərdə dinləmək istəyirdilər. O, psixologiya üzrə bütün ümumittifaq, respublikalararası simpoziumların, konfransların, qurultayların fəal iştirakçısı olmuş, burada maraqlı və dərin məzmunlu məruzələrlə yanaşı ayrı – ayrı bölmələrdə rəhbərlik etmiş, plenar iclasları aparmışdır. Azərbaycan psixoloqları fəxr edirlər ki, görkəmli psixoloqlar sırasında son illərdə F. Ə. İbrahimbəyov Amsterdamda keçirilən XVI , Moskvada keçirilən XVIII, Londonda keçirilən XIX Beynəlxalq psixoloji konqreslərdə respublikamızın psixologiya elmini təmsil etmişdir.

F. Ə. İbrahimbəyov 20 ilə yaxın psixologiya kafedrasında müdirlik etmiş, 15 ildən artıq Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinə rəhbərlik etmiş, Cəmiyyətin Mərkəzi Sovetinin üzvü seçilmiş, demək olar ki, psixoloqların Zaqafqaziya konfranslarının hamısının təşkilat komitəsinin üzvü olmuşdur.

Mükafatları

F. Ə. İbrahimbəyovun xidmətləri hökumət səviyyəsində qiymətləndirilmiş, o, "Şərəf nişanı" ordeni, üç medal, "Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı" ilə təltif olunmuş, "Respublikanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. (M. Ə. Həmzəyev, C. Səməndov – APXDİ)

Ailəsi

Azərbaycan Respublikasının keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarovun ana babasıdır (qızı İzida Məmmədyarova).

Əsərləri

  • 1."Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası",
  • 2."Əqli funksiyaların tədqiqi metodları"
  • 3. "Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu"
  • 4."Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında",
  • 5."İkidillik, onun strukturu və fərdi tipologiyası",
  • 6."Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında",
  • 7."Dili hiss etmə haqqında",
  • 8."Bilinqvizm zamanı nitqin qavranılması"

Mənbələr

  • 1.Fuad İbrahimbəyov 90 il. Yubileyinə həsr olunmuş kitabdı. Red.heyəti: Z.N.Verdiyeva və s. Bakı, 1992. 136 səhifə
  • 2.R.Əliyev "Psixologiya tarixi" (2006)
  • 3.Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, "Çinar-Çap", 2006, - 620 səh.
  • 4.Ə.T.Baxşəliyev "XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişafı III hissə",B.,ADPU,1998.
  • 5."Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007
  • 6.http://psychology.az/multi_ibragimbekov.php
  • 7.http://psixologiya.net/

Read other articles:

Barangay Guyong, Sta. Maria, BulacanBarangayRegionLuzon TengahProvinsiBulacanMunisipalitasSanta MariaPemerintahan • JenisBarangayZona waktuGMT (UTC+8)Kode pos3022Kode area telepon44 Guyong adalah salah satu dari dua puluh empat barangay pada munisipalitas Santa Maria, Bulacan, Filipina. Barangay ini berbatasan dengan Barangay Sta. Clara, Poblacion, Balasing, Pulong Buhangin, San Jose Patag, Caysio, Manggahan dan Sta. Cruz. lbsSanta Maria, Bulacan, FilipinaBarangayBagbaguin • Bal...

 

Disambiguazione – Se stai cercando l'omonimo programma televisivo, vedi Scala Mercalli (programma televisivo). Giuseppe Mercalli sul Vesuvio La scala Mercalli è una scala di valutazione dell'intensità di un terremoto eseguita osservando i danni che esso produce sulle persone, cose e manufatti. Questa valutazione non richiede l'utilizzo di strumenti di misurazione e per la sua caratteristica descrittiva può essere applicata anche alla classificazione di terremoti avvenuti in tempi storici...

 

У Вікіпедії є статті про інші значення цього терміна: Картковий будинок (значення). У 1730-х Шарден створив серію картин на тему «Картковий будиночок» Браян Берг за роботою Картковий будиночок, карткова хатка[1] — конструкція, яку зводять з гральних карт шляхом їх уста

Estonian fairy tale This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The Child who came from an Egg – news · newspapers · books · scholar · JSTOR (October 2...

 

SuharsonoInformasi pribadiLahir14 Oktober 1954 (umur 69)Bojonegoro, Jawa TimurAlma materAkademi Militer (1977)Karier militerPihak IndonesiaDinas/cabang TNI Angkatan DaratMasa dinas1977−2013Pangkat Mayor Jenderal TNINRP28717SatuanKavaleriSunting kotak info • L • B Mayor Jenderal TNI (Purn.) Suharsono,S.Ip., M.M (lahir 14 Oktober 1954) adalah seorang purnawirawan perwira tinggi TNI-AD. Awal bertugas, sebagai personel TNI di satuan Kavaleri yang banyak berhubungan ...

 

إيفاليزوماب ضد وحيد النسيلة نوع Whole antibody الهدف CD11a اعتبارات علاجية اسم تجاري Raptiva ASHPDrugs.com أفرودة طرق إعطاء الدواء subcutaneous injection معرّفات CAS 214745-43-4 Y ك ع ت L04L04AA21 AA21 درغ بنك DB00095 كيم سبايدر NA المكون الفريد XX2MN88N5D Y ChEMBL CHEMBL1201575 N بيانات كيميائية بيانات فيزيائية نقطة الانصها...

American TV series or program Brotherhood of the RoseBrotherhood of the Rose DVD CoverWritten byDavid MorrellScreenplay byDavid MorrellGy WaldronDirected byMarvin J. ChomskyStarringPeter StraussDavid MorseRobert MitchumConnie SelleccaJames SikkingTheme music composerLaurence RosenthalCountry of originUnited StatesOriginal languageEnglishNo. of episodes2ProductionProducersMarvin J. ChomskyStirling SilliphantCinematographyJames BartleRunning time240 minutesOriginal releaseNetworkNBCRelease...

 

Miss America 2023 Grace StankeStanke in 2023BornGrace Marie Stanke (2002-04-30) April 30, 2002 (age 21)Wausau, Wisconsin, U.S.EducationUniversity of Wisconsin-Madison (current)Known forMiss America 2023Height5 ft 11 in (1.80 m)TitleMiss Wausau's Outstanding Teen 2016Miss Harbor Cities' Outstanding Teen 2017Miss Wisconsin's Outstanding Teen 2017Miss Wisconsin 2022Miss America 2023TermDecember 15, 2022 –PredecessorEmma Broyles Grace Marie Stanke (born April 30, 2002) ...

 

American football player and coach (1917–2006) Mark DeanBiographical detailsBorn(1917-10-20)October 20, 1917Pecatonica, Illinois, U.S.DiedApril 5, 2006(2006-04-05) (aged 88)Peoria, Arizona, U.S.Playing career1935–1937Northern Illinois Position(s)HalfbackCoaching career (HC unless noted)1938West Des Moines HS (IA)1941Roodhouse HS (IL)1942Jacksonville HS (IL)1946–1947Austin Junior College1948–1950Superior State1951–1954Indiana State1956Indiana State1957–1964Northern Illinois (l...

  لمعانٍ أخرى، طالع عزلة بني عبد الله (توضيح). عزلة بني عبدالله  - عزلة -  تقسيم إداري البلد  اليمن[1] المحافظة محافظة ذمار المديرية مديرية وصاب السافل خصائص جغرافية إحداثيات 14°14′42″N 43°36′31″E / 14.24492°N 43.60867°E / 14.24492; 43.60867  الارتفاع 1193 متر  ...

 

ポータル クラシック音楽 リュビツァ・マリッチ リュビツァ・マリッチ(Ljubica Marić, *1909年5月18日 クラグイェヴァツ - †2003年9月17日 ベオグラード)は、ユーゴスラビア出身の女性作曲家。ベオグラードにてヨシプ・ストルチェル=スラヴェンスキに、プラハ音楽院にてヨセフ・スクとアロイス・ハーバに師事し、指揮法をニコライ・マルコに学ぶ。1945年より講師...

 

Division with remainder of integers This article is about division of integers. For polynomials, see Euclidean division of polynomials. For other domains, see Euclidean domain. 17 is divided into 3 groups of 5, with 2 as leftover. Here, the dividend is 17, the divisor is 3, the quotient is 5, and the remainder is 2 (which is strictly smaller than the divisor 3), or more symbolically, 17 = (3 × 5) + 2. In arithmetic, Euclidean division – or division with remainder – is the process of ...

The topic of this article may not meet Wikipedia's notability guideline for biographies. Please help to demonstrate the notability of the topic by citing reliable secondary sources that are independent of the topic and provide significant coverage of it beyond a mere trivial mention. If notability cannot be shown, the article is likely to be merged, redirected, or deleted.Find sources: Vera Sharav – news · newspapers · books · scholar · JSTOR (March 20...

 

WK veldrijden 1994 Datum 30 januari 1994 Plaats Koksijde, België Editie 45 Organisator UCI Kampioenen Mannen elite Paul Herygers Jongens junioren Gretienus Gommers Navigatie ← 1993     1995 → Veldrijden Portaal    Wielersport De wereldkampioenschappen veldrijden 1994 werden gehouden op 30 januari 1994 in Koksijde, België. De wedstrijd Op een vrij droge omloop nam de Nederlandse topfavoriet Richard Groenendaal de beste start. Hij liet de Belgische favoriet Paul Heryge...

 

For other people named Arthur Noyes, see Arthur Noyes (disambiguation). This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (March 2013) (Learn how and when to remove this template message) Arthur Amos NoyesBorn(1866-09-13)September 13, 1866Newburyport, Massachusetts, U.S.DiedJune 3, 1936(1936-06-03) (aged 69)California, U.S.Alma materMassachusetts Insti...

English political philosopher and author For other people named Thomas Hollis, see Thomas Hollis (disambiguation). Bust of Thomas Hollis, by Joseph Wilton, National Portrait Gallery, London Thomas Hollis FRS FRSA (14 April 1720, London – 1 January 1774) was an English political philosopher and author.[1][2] Early life Hollis was educated at Adams Grammar School in Newport, Shropshire, until the age 10, and then in St. Albans until 15, before learning French, Dutch and accoun...

 

This article may not provide balanced coverage on a geographical region. Please improve this article or discuss the issue on the talk page. (March 2011) Part of a series on the History of Pomerania Early history Early Middle Ages High Middle Ages Late Middle Ages Early Modern Age 1806–1933 1933–1945 1945–present  Poland portal Germany portalvte Pomerania during the Late Middle Ages covers the history of Pomerania in the 14th and 15th centuries. The Duchy of Pomerania g...

 

Tactical role-playing video game 2014 video gameThe Banner SagaDeveloper(s)Stoic StudioPublisher(s)Versus EvilDesigner(s)Alex ThomasProgrammer(s)John WatsonArtist(s)Arnie JorgensenWriter(s)Alex ThomasComposer(s)Austin WintorySeriesThe Banner SagaPlatform(s)AndroidiOSLinuxMicrosoft WindowsOS XPlayStation 4Xbox OneNintendo SwitchReleaseWindows, OS X, Linux, iOS, AndroidJanuary 14, 2014PlayStation 4, Xbox OneJanuary 12, 2016Nintendo SwitchMay 17, 2018Genre(s)Tactical role-playingMode(s)Single-pl...

French politician (1761–1835) This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Jacques Claude Beugnot – news · newspapers · books · scholar · JS...

 

English actress (born 1953) Lesley NicolNicol in 2014Born (1953-08-07) 7 August 1953 (age 70)Manchester, Lancashire, England[1]Other namesLeslie NicolEducationGuildhall School of Music and DramaOccupationActressYears active1982–presentKnown forBeryl Patmore in Downton AbbeySpouseDavid Heald (m. 2007–2022; his death)AwardsScreen Actors Guild Award for Outstanding Performance by an Ensemble in a Drama Series, 2012, 2014–2015 Lesley Nicol (born 7 August 1953) is...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!