Fuad Hümbətov |
---|
Fuad Dursun oğlu Hümbətov |
Doğum yeri |
Bakı şəhəri |
Vətəndaşlığı |
Azərbaycan |
Milliyyəti |
azərbaycanlı |
Elm sahələri |
Hüquq, Riyaziyyat |
Elmi dərəcəsi |
Dosent |
Elmi adı |
Dosent |
İş yerləri |
BDU Azərbaycan Universiteti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Prezidentinin Baş müşaviri
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Təhsili |
BDU Mexanika-Riyaziyyat fakültəsi BDU Hüquq fakültəsi |
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili
1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür.
1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir.[1] O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir.
F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
F.Hümbətov 2005–2006-cı ildə Brüssel şəhərində Avropa Parlamenti nəzdində fəaliyyət göstərən Avropa Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil edilmiş "Academia Diplomatica" diplomatik kurslarını müvəffəqiyyətlə bitirmişdir.
O, 2006–2007-ci illərdə Brüssel Universitetində Beynəlxalq hüquq sahələri — Dəniz hüququ, Məsuliyyət hüququ və İnsan Hüquqları üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə başa vurmuşdur.[2]
Fəaliyyəti
Elmi fəaliyyəti
17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür.F.Hümbətov 1994–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əvvəlcə "Xüsusi törəməli diferensial tənliklər", sonra isə "Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi" şöbələrində fəaliyyət göstərmiş, kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək irəli çəkilmişdir. Eyni zamanda, 1994-cü ilin fevral ayından 2002-ci ilin sentyabr ayınadək "Azərbaycan" Universitetinin "Riyaziyyat və İnformatika" kafedrasında dosent vəsifəsində çalışmışdır. F.Hümbətov 1994–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əvvəlcə "Xüsusi törəməli diferensial tənliklər", sonra isə "Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi" şöbələrində fəaliyyət göstərmiş, kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksəlmişdir. Eyni zamanda, 1994-cü ilin fevral ayından 2002-ci ilin sentyabr ayınadək "Azərbaycan" Universitetinin "Riyaziyyat və İnformatika" kafedrasında dosent vəsifəsində çalışmışdır.[3]
F.Hümbətovun 50-ə yaxın elmi məqalə, tədris proqramları və "Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası" (Bakı, 2018, 356 s.) kitabının müəlifidir.
Əmək fəaliyyəti
F.Hümbətov 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayınadək AR Xarici İşlər Nazırliyinin Birinci Qərb İdarəsində fəaliyyət göstərmişdir. 2002-ci ilin may ayından 2008-ci ilin dekabr ayının 15-dək AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin Birinci Katibi vəzifəsində çalışmışdır. Səfirlikdə ikitərəfli siyasi və parlamentlərarası əlaqələr, Belçika, Lüksemburq və Hollandiyadakı Azərbaycan diasporu ilə iş və mətbuat məsələlərinə cavabdeh olmuşdur.
F.Hümbətov 2004-cü və 2006-cı illərdə AR Prezidenti İlham Əliyevin Belçikaya, Avropa Birliyi institutlarına və NATO-ya səfərlərinin təşkilati işlərində bilavasitə iştirak etmiş, habelə müxtəlif illərdə dəfələrlə "chargé d’affaires" (müvəqqəti işlər vəkili) statusu ilə səfiri əvəz etmişdir.[4] O, 2007-ci ilin fevralında Hollandiyanın Haaqa şəhərində "Xocalı qurbanları"nın xatirəsinə həsr edilmiş, Avropada ilk abidənin ucaldılmasının təşkilati məsələlərinə rəhbərlik etmişdir. Paralel olaraq, 2003-2008-ci illərdə, ölkəmizə qarşı erməni işğalının ifşa edilməsi, "Xocalı faciəsi"nin beynəlxalq səviyyədə təbliğatı istiqamətində diaspora mövqeyindən Avropa İttifaqı institutlarında, Avropanın müxətlif şəhərlərində ardıcıl təbliğat kampaniyalarını təşkilində iştirak etmiş və 2006-cı ildə Avropa Komissiyası rəhbərliyi tərəfindən bu faciənin bəşəriyyət əleyhinə ilk dəfə rəsmi tanınmasına nail olmuşdur. Bundan əlavə, F.Hümbətov ermənilərin soydaşlarımıza qarşı Şərqi Türkiyə və Cənubi Qafqazda həyata keçirdikləri soyqırım cinayətləri barədə 2005-ci ildə fransız dilində "Le pouvoir du lobby" ("Lobbinin gücü") adlı kitabı türk əsilli belçikalı siyasətçi Mustafa Öztürk ilə birlikdə hazırlamış və onun Avropa Parlamenti deputatları, Belçika XİN, Parlamenti, müxtəlif dövlət qurumları, siyasətçiləri arasında yayılmasını təşkil etmişdir.
O, 2009-cu ilin dekabr ayının 14-dən 2013-cü ilin yanvarınadək dövlət bankı olan VTB-nin (Внешторгбанк) Azərbaycanda təsis etdiyi Bank VTB (Azərbaycan) ASC-nin Təhlükəsizlik İdarəsinin rəis müavini və eyni zamanda İqtisadi Təhlükəsizlik şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2013-cü ilin aprelində F.Hümbətov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Prezidentinin Baş müşaviri (beynəlxalq siyasi, iqtisadi əlaqələr, beynəlxalq hüquq məsələləri) vəzifəsinə təyin edilmişdir.[5]
O, 2014-cü ilin aprelindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasın Baş Katibinin müavini (beynəlxalq siyasi, iqtisadi əlaqələr, beynəlxalq hüquq məsələləri) vəzifəsində fəaliyyət göstərir.[6]
Qeyd olunan təşkilat mövqeyindən F.Hümbətov AR Ombudsman Aparatı nəzdində Biznes hüququ İşçi Qrupunun, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki İctimai Şuraların üzvüdür.[7][8]
Bundan əlavə, F.Hümbətov ermənilərin soydaşlarımıza qarşı Şərqi Türkiyə və Cənubi Qafqazda həyata keçirdikləri soyqırım cinayətləri barədə 2005-ci ildə fransız dilində "Le pouvoir du lobby" ("Lobbinin gücü") adlı kitabı türk əsilli belçikalı siyasətçi Mustafa Öztürk ilə birlikdə hazırlamış və onun Avropa Parlamenti deputatları, Belçika XİN, Parlamenti, müxtəlif dövlət qurumları, siyasətçiləri arasında yayılmasını təşkil etmişdir
Xocalı soyqırımı ilə bağlı fəaliyyəti
Fuad Hümbətov Avropada diplomat kimi fəaliyyət göstərən zaman Xocalı soyqırımının beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanıdılması üçün xeyli işlər görmüşdür. Onun təşəbbüsü sayəsində Avropa Komissiyası tərəfindən BATEŞ-ə ünvanlanan məktubda Azərbaycanın Xocalı şəhərində həqiqətən də faciənin, qanlı aktın, insanlıq dramının törədildiyi Avropa Komissiyasının prezidenti Xose Manuel Barrossonun adından açıq ifadə edilib:[9]
|
Xocalıda baş vermiş faciəvi faktlar bizə hər gün xatırladır ki, müharibə hər iki tərəfdə çəkilmiş əzablar, insan itkiləri, fəryadlar deməkdir. Məhz bu səbəbdən Avropa Komissiyası münaqişələrin danışıqlar və bütün tərəflər arasında dialoq yolu ilə həllinin tərəfdarıdır. Dağlıq Qarabağ münaqişəsi də bu qəbildən istisna deyil. Biz gələcəkdə də bütün imkanlardan istifadə edərək, tərəfləri münaqişənin tez bir zamanda və sülh yolu ilə həllinə nail olmağa çağıracağıq.
|
|
F.Hümbətov məktubu şərh edərək bildirmişdi ki, artıq Xocalı faciəsinin tədricən bəşəriyyət əleyhinə cinayət və soyqırımı kimi tanınmasına başlanılıb:
|
Biz bu tanıtım işini təkcə hər ilin fevral ayında deyil, sistematik olaraq hər gün həyata keçirməliyik
|
|
İstinadlar