Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq.[1] Sərbəst güləş üzrə SSRİ idman ustası.
Həyatı
Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.[2]
1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir.
1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub.
Sərbəst güləş üzrə SSRİ idman ustasıdır.
Müxtəlif vəzifələrdə çalışıb.
Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. [3]
Ailəsi
İki oğlu, dörd nəvəsi vardır.
Yaradıcılığı
Fuad Babanlı 1982-ci ildə bədii yaradıcılığa başlamışdır. "Tənha qalmayasan" adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur.[4]
O, Azərbaycan televiziyasında uzun illər göstərilmiş 20 Yanvar faciəsi ilə bağlı “Qanla yazılan gecə” televiziya filminin ssenari müəllifidir. Həmin film televiziyanın qızıl fondunda saxlanılır.[5]
2015–ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.
Kitabları
- "Tənha qalmayasan" (şeirlər və mənzum dram), Bakı: "Azərbaycan", 1995.- 190 səh.[2]
- "Qaranlıqdan aydınlığa" (Mənzum roman. Trilogiya), Birinci kitab, Bakı: 1996.[2]
- "Gülcahan" mənzum roman. Trilogiya. İkinci kitab – 2001
- "Bildim qayıdacaqsan" şeirlər – 2001
- "Bülbül və qarğa" uşaqlar üçün mənzum, nağıl, poema -2001
- "Kölgə salma ruhuma" (şeirlər və poemalar), Bakı: 2011.[1]
- "İnam itməyəndə" (mənzum roman), Bakı: "Nurlan", 2011. - 376 səh.
- "Haray dağı" (mənzum roman), Bakı: "Elm və Təhsil", 2012. - 504 səh.
- "Yaralı saz" mənzum roman – 2013
- "Ekoloji poema" şeirlər və poemalar - 2013
- "Vurğun çələngi" şeirlər, poema, mənzum, dram – 2013
- "Qırovdan sonra" şeirlər - 2013
- "Elbir və sərçə" uşaqlar üçün poema – 2014
Filmoqrafiya
- Qanla yazılan gecə
İstinadlar