Frits Çernike (16 iyul 1888[1][2][…] və ya 1888[3], Amsterdam[4][5] – 10 mart 1966[4][1][…] və ya 1966[3], Amersfoort[d], Utrext[5]) — Frits Çernike Fritz (hollandiyalı Frits Zernike ; 16 iyul 1888 – 10 mart 1966) — holland fiziki, 1953-cü ildə fizika üzrə Nobel mükafatı "Faza-kontrast metodunun əsaslandırılmasına və xüsusilə faza- kontrast mikroskop ixtirasına görə" laureatı adına layiq görülüb.
Hollandiya Kral Elmlər Akademiyasının üzvü (1946)[6], London Kral Cəmiyyətinin xarici üzvü (1956)[7].
Bioqrafiyası
F. Çernike Amsterdamda Karl Friedrix August Çernike və Anti Diperink ailəsində anadan olub. Valideynləri riyaziyyat müəllimi idi və o, atasından fizikaya olan həvəsini qazanmışdı. O, Amsterdam Universitetində kimya (onun əsasları), riyaziyyat və fizika üzrə təhsil alıb. 1912-ci ildə o, qazlarda opalessensiyaya dair işinə görə mükafata layiq görülüb. 1913-cü ildə Qroningen Universitetinin astronomik laboratoriyasında Yakob Kornelius Kapteynin köməkçisi oldu. 1914-cü ildə Leonard Ornstein ilə birlikdə kritik nöqtə nəzəriyyəsi üçün Ornstein-Çernike tənliklərini əldə etdi. 1915-ci ildə həmin universitetdə nəzəri fizika kafedrasında vəzifə alır, 1920-ci ildə isə nəzəri fizika professoru təyin edilir.
Əsas əməkləri
1930-cu ildə Çernike spektral xətlər üzərində araşdırma apararkən, difraksiya barmaqlıqlarından istifadə edərək yaradılan spektrlərdəki hər bir ana xəttin solunda və sağında olan sözdə spektral xəyalların ilkin xəttdən 90 dərəcə fazadan kənar olduğunu aşkar etdi. 1933-cü ildə Vageningendə Fizika və Tibb Konqresində Çernike ilk dəfə mikroskopiyaya tətbiq olunan faza kontrast metodunu təsvir etdi. O, bu üsuldan çökük güzgülərin formasını yoxlamaq üçün istifadə edib. Onun kəşfi İkinci Dünya Müharibəsi zamanı qurulan ilk faza-kontrast mikroskopunun əsasını təşkil etdi.
Optika sahəsində başqa bir töhfəsi, mikroskoplar və teleskoplar kimi optik sistemlərdə təsvir qüsurlarının və ya aberrasiyaların səmərəli təsviri ilə bağlıdır. Aberrasiyaların təsviri əvvəlcə Lyüdviq Zeydelin XIX əsrin ortalarında işləyib hazırladığı nəzəriyyəyə əsaslanırdı. Zeydelin təmsili güc seriyasının genişlənməsinə əsaslanırdı və aberrasiyaların müxtəlif növləri və sıraları arasında aydın fərq qoymağa imkan vermirdi. Ortoqonal Çernike çoxhədliləri optik sistemlərdə müxtəlif aberrasiyaların optimal "tarazlanması" ilə bağlı uzun müddət davam edən problemi həll etməyə imkan verdi. 1960-cı illərdən etibarən Çernike polinomları optik dizaynda, optik metrologiyada və təsvirin təhlilində geniş istifadə olundu. Çernikenin işi uyğunluq nəzəriyyəsinə (coherence), qismən uzaq mənbələrdən radiasiya, işıq mənbələrinin öyrənilməsinə marağın artmasına kömək etdi. 1938-ci ildə o, indi van Çittert-Çernike teoremi[8][9]kimi tanınan uzaq mənbələrdən gələn radiasiyanın uyğunluq nəzəriyyəsi haqqında van Çittert (1934) daha sadə törəməsini nəşr etdi.
Həmçinin baxın
Mükafatları
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|