Fransa–Qazaxıstan münasibətləri

Fransa–Qazaxıstan münasibətləri
Fransa və Qazaxıstan
 Fransa  Qazaxıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa–Qazaxıstan münasibətləriFransaQazaxıstan arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür.

Tarix

Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan 1991-ci ilin dekabrında müstəqil bir dövlətə çevrilir. Fransa və Qazaxıstan arasında 25 yanvar 1992-ci ildə diplomatik əlaqələr qurulur. Fransa Qazaxıstanı tanıyan ilk Avropa ölkəsi olur[1]. 1993-cü ilin sentyabrında Fransa Prezidenti Fransua Mitteran Qazaxıstana rəsmi səfər edir[2]. 2008-ci ilin iyun ayında ölkələr strateji tərəfdaşlıq müqaviləsi imzalayır. 2010-cu ildə hər iki dövlət başçılarının illik səfərlərini və 2011-ci ildən başlayaraq hər iki ölkənin xarici işlər nazirləri arasında illik məsləhətləşmələrini təşkil edən ortaq prezident komissiyası qurulur[3].

2008-ci ildə Fransa səfirliyini keçmiş paytaxt Almatıdan ölkənin yeni paytaxtı Astanaya köçür[3]. Qazaxıstan və Fransa 2008-ci ilin iyununda strateji tərəfdaşlıq müqaviləsi imzalayaraq münasibətlərini gücləndirir[4]. 2010-cu ildə ölkələr iki dövlət başçılarının illik görüşü şəklində olan bir Fransa-Qazaxıstan prezident komissiyasını qurur. Alliance Francaisenin Qazaxıstanda Astana və Almatıda olmaqla iki mərkəzi fəaliyyət göstərir. 2017-ci ildə ölkələr diplomatik münasibətlərin 25-ci ildönümünü qeyd edir[1]. Həmin il Fransa Astanada keçirilən EXPO 2017-də iştirak edir.

Dövlət səfərləri

Fransa Prezidentinin Qazaxıstana səfəri[2][5]:

Qazaxıstan Prezidentinın Fransaya səfərləri:

İkitərəfli münasibətlər

1992-ci ildən bəri ölkələr bir neçə ikitərəfli müqavilə imzalamışlar, məsələn: Dostluq, Anlaşma və Əməkdaşlıq Müqaviləsi (1992); Mədəni Əməkdaşlıq Müqaviləsi (1993), Çimkent Hava Bazasının istifadəsi üçün birbaşa hava və dəmir yolu xidmətləri haqqında Saziş (2009).

Nəqliyyat

İki ölkə arasında Air Astana ilə birbaşa uçuşlar var.

Ticarət əlaqələri

2016-cı ildə ölkələr arasında ticarət 3 milyard avro təşkil etmişdir. Qazaxıstan Fransanın Orta Asiyadakı ən böyük ticarət tərəfdaşıdır və Fransa Qazaxıstanın dünyanın ən böyük altıncı ticarət tərəfdaşıdır. Fransa Qazaxıstanın üçüncü ən böyük sərmayəçisidir və bu ölkənin iqtisadiyyatına təxminən 10 milyard ABŞ dolları həcmində sərmayə qoymuşdur. Fransız çoxmillətli Alstom, Engie, Peugeot, Renault, Saint-Gobain, Schneider Electric, Total, Vicat və digərləri kimi şirkətləri Qazaxıstanda fəaliyyət göstərir.

İstinadlar

  1. 1 2 "Kazakh-French business ties strong at 25-year mark in relations". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  2. 1 2 "Relations bilatérales: Kazakhstan (in French)". 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  3. 1 2 "Relation franco-kazakhstanaise- Présentation (in French)". 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  4. "France and Kazakhstan". www.diplomatie.gouv.fr. 2017-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  5. "Sarkozy clinches $6 billion of Kazakh energy deals". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!